PDF Oxu

Siyasət

  • 38

Akif Nağı: “Onlar ancaq erməni yalanlarını təbliğ edirlər” AÇIQLAMA

Akif Nağı: “Onlar ancaq erməni yalanlarını təbliğ edirlər” AÇIQLAMA

"Ümumiyyətlə nəinki AŞPA-nın vitse-prezidenti Rene Rukeldir, eləcə də bir sıra deputatlar tez-tez işğal altında olan Dağlıq Qarabağa səfərlər edir və bununla da ölkəmizə qarşı qərəz nümayiş etdirirlər". Bunu SİA-ya Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı deyib.Onun sözlərinə görə, həmin şəxslər müxtəlif yollarla, erməni lobbisindən maliyyə almaqla həm deputat seçirlər, həm də Avropa qurumlarında hansısa vəzifəyə təyin olunurlar: "Onların ermənipərəst mövqe tutmalarının arxasında ancaq erməni lobbisinin pulları dayanır. Burada başqa bir səbəb yoxdur. Əgər məsələyə onlar sözün həqiqi mənasında obyektiv yanaşmaq istəsələr Azərbaycana qarşı işğal faktorunu tanıyarlar və işğalla bağlı mövqelərini ortaya qoyarlar. Burada onların obyektivliyindən ümumiyyətlə söhbət gedə bilməz. Ancaq söhbət hansısa mərkəz tərəfindən verilən sifarişi yerinə yetirməkdən gedir. Bütün bunlar olduğu təqdirdə həmin şəxslər bilərəkdən erməni yalanlarını təbliğ edirlər".

sia.az

Digər xəbərlər