"İlk növbədə qeyd etmək lazımdır ki, artıq növbəti dönəmdə Rusiyanın mövqeyində Azərbaycana təşəbbüskeşliyi görürük. Bunu birbaşa Rusiya artıq dövlət olaraq deyil, müxtəlif vasitələrlə, təmsilçiləri və politoloqları ilə göstərir". Bunu SİA-ya millət vəkili Elşən Musayev deyib.Deputatın sözlərinə görə, ATƏT-in Minsk qrupunun bölgədəki görüşlərindən və müəyyən aktivləşmədən sonra ələxsusda Azərbaycan rəsmilərinin dövlət maraqlarına söykənən kritik bəyanatlarından sonra Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovun "hər an qaynar nöqtələrdə müharibə başlaya bilər" bəyanatından sonra təbii ki, bu cür məsələlərə, şərhlərə Rusiya və digər dövlətlər də yer verəcəklər: "Çünki dünya və ən əsas da öz maraqlarını güdən dövlətlər narahatdır. Bütün hallarda onlar istəmirlər ki, münaqişə olsun. Amma paralel olaraq onlar həm də ədaləti bərpa etmək istəmirlər. Yəqinki Ermənistanın işğal altında olan Azərbaycan torpaqlarının qaytarılması ilə bağlı gözləntilər özünü doğrultmaqdadır. Artıq müxtəlif səviyyələrdə Ermənistanı ən çox dəstəkləyən tərəfdaşlar, politoloqlar, parlamentarilər də açıq şəkildə bəyan edirlər ki, rəsmi İrəvan bu münaqişəni gec-tez uduzub torpaqları qaytarmalıdır".
sia.az