PDF Oxu

Siyasət

  • 21

Rövşən Rzayev: “Həmsədrlər münaqişənin həll olunmasına əngəllər törədir” AÇIQLAMA

Rövşən Rzayev: “Həmsədrlər münaqişənin həll olunmasına əngəllər törədir” AÇIQLAMA

"Ümumiyyətlə tək Fransa dövləti ATƏT-in Minsk qrupuna yeni həmsədr təyin etməklə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin süni şəkildə uzadılmasına çalışmır. Minsk qrupunun həmsədrlərinin həmməruzəçiləri də kifayət qədər güclü və çox peşəkar bir diplomat və siyasətçilər kimi artıq 23 ildən çox müddətdir ki, münaqişənin sülh yolu ilə həll olunmasına əngəllər törədir". Bunu SİA-ya millət vəkili Rövşən Rzayev deyib."Təbii ki, mən Minsk qrupu çərçivəsində fəaliyyətin davam olunmasının tərəfdarıyam. Azərbaycanı ərazi bütövlüyünün təmin olunmasına ən istədiyimiz yol ondan asılıdır ki, sülh yolu ilə münaqişə öz həllini tapsın. Beləcə həmməruzəçilər beynəlxalq hüquq prinsiplərinə yox, digər amillərə söykənsinlər. Burada işğalçı, separatçı qüvvələr göz önündədir və Ermənistanın işğalçı ordusu Azərbaycan ərazilərindədir. Yəni bunu görməmək olmaz. Rəsmi İrəvan etnik siyasət həyata keçirəndən sonra azərbaycanlıları doğma torpaqlarından silah gücü ilə çıxarandan sonra öz müqəddəratını təyin etmək prinsipi haqqında danışmaq mümkün deyil. Bu heç bir hüquqda olmayan bir məsələdir. Təbii ki, həmsədrlərin dəyişməsi ilə də vaxtaşırı rastlaşırıq. Düşünürəm ki bu tək Fransa ilə bağlı deyil. Bu, həm Amerika, Rusiya, həm də Fransada olan erməni lobbisinin həmin dövlətlərin siyasi rəhbərliyinə təzyiqi altında olan məsələlərdir" – deyə, deputat sözlərinə əlavə edib.

sia.az

Digər xəbərlər