"Elə ermənilər var ki, onlar Azərbaycana qarşı loyal mövqedədirlər. Azərbaycanın ərazi bütövlüyünü tanıyan, Konstitusiyaya hörmət edən, Azərbaycan xalqına qarşı cinayətlərdə iştirak etməyən, Şəhidlər xiyabanına gedərək şəhidlərin qarşısında baş əyməyə hazır olan ermənilərin Bakıya buraxılmasına razılıq verməliyik". SİA-nın xəbərinə görə, bunu millət vəkili Zahid Oruc Milli Məclisin bu gün keçirilən iclasında deyib.O bildirib ki, Ermənistan bir çox zamanlarda ayrı-ayrı şəxslərdən ölkəmizə qarşı istifadə edib: "Biz səngərdə dayanan erməni ilə mülki ermənini ayırmalıyıq. Bu yaxınlarda da gördük ki, İsveçrədə mühacirətdə yaşayan Vaqe Avetiyan Bakıya gəlmişdi, ermənilərin törətdiyi əməllərə görə üzr istəmişdi və Şəhidlər Xiyabanını ziyarət etmək istəyirdi".
sia.az