Ədliyyə Nazirliyinin Penitensiar xidməti Dini Qurumlarla iş Üzrə Dövlət Komitəsi ilə birgə cəzaçəkmə müəssisələrində dini maarifləndirmə mövzusunda tədbirləri davam etdirir.
SİA-nın məlumatına görə, növbəti tədbirlər "Dinimiz mənəviyyatımızdır" mövzusunda 2, 9 və 17 saylı cəzaçəkmə müəssisələrində keçirilib.
Tədbirlərdə Penitensiar Xidmətin Tərbiyə işinin təşkili idarəsinin və Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin məsul əməkdaşları iştirak ediblər.
Tədbirlər zamanı Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədrinin birinci müavini Səyyad Salahlı məhkumlarla vicdan və dini etiqad azadlıqlarına dair maarifləndirici söhbətlər aparıb, əxlaq və fəzilət, dinin əmr və qadağaları barədə geniş məlumat verib, həmçinin Azərbaycanın tolerantlıq və multikulturalizm modelinin dünya üçün nümunə olduğunu onların diqqətinə çatdırıb.
sia.az