PDF Oxu

Siyasət

  • 21

YAP dövlətçilik ideyalarını reallığa çevirən siyasi qüvvədir

YAP dövlətçilik ideyalarını reallığa çevirən siyasi qüvvədir

Son illər ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatlar, ictimai-sosial və mədəni həyatın bütün sahələrində əldə edilən nailiyyətlər Azərbaycanı regionun lider dövlətinə çevirib, beynəlxalq aləmdə yüksək nüfuz qazanmasını təmin edib. Düşünülmüş və planlı şəkildə aparılan islahatlar, müxtəlif sahələri əhatə edən dövlət proqramları və genişmiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsi Azərbaycanı dinamik inkişaf edən güclü və demokratik dövlətə çevirib. Bu gün nüfuzlu və etibarlı tərəfdaş kimi tanınan Azərbaycanın iştirakı olmadan bölgədə hansısa iqtisadi və siyasi layihənin həyata keçirilməsi mümkün deyildi.

25 illik müstəqillik tarixinə malik olan Azərbaycanın uğurları bir-birini əvəzlədikcə gələcəyə inam daha da artır. Azərbaycanın dünyanın ən nüfuzlu təşkilatlarında yüksək səviyyədə təmsil olunması, həqiqətlərini beynəlxalq ictimaiyyətə çatdırmaq üçün tribunalar əldə etməsi, dinamik inkişafı düzgün təmələ əsaslanan siyasətinin məntiqi nəticəsidir. Azərbaycan müstəqilliyinin 25 illik tarixi dövründə onunla 24 il yol gələn Yeni Azərbaycan Partiyası da çətin, eyni zamanda, şərəfli yol keçərək tarixə silinməyən səhifə yazıb. 1992-ci il noyabrın 21-də zamanın tələbindən yaranan Yeni Azərbaycan Partiyasının əldə etdiyi uğurlar biri-birindən əhəmiyyətlidir. Əsas amalı dövlətçilik, müstəqillik, inkişaf, təhlükəsizlik olan partiya bu ideyaları reallığa çevirdi. Bu gün sıralarında 680 mindən artıq üzvü birləşdirən Yeni Azərbaycan Partiyası Ulu Öndər Heydər Əliyev siyasi kursunun uğurlu davamçısı, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında uğurla inkişaf edir, qələbələr partiyası olduğunu əməli fəaliyyətində ölkədə keçirilən seçki proseslərində uğur qazanmaqla təsdiqləyib.

Dövlətə və xalqa xidməti fəaliyyətinin əsas prinsipi kimi qəbul edən YAP, ölkə Prezidenti İlham Əliyevin vurğuladığı kimi, nəinki ölkənin, eləcə də bölgənin aparıcı siyasi təşkilatıdır. Partiyanın təşkilatçılığı əsasında həyata keçirilən tədbirlər Azərbaycana beynəlxalq baxışın yüksək səviyyədə formalaşmasında, eyni zamanda, dövlətlərarası əlaqələrin inkişafında stimulverici amil rolunu oynayır. Partiyanın yeganə məqsədi Azərbaycanı daha da qüdrətli, zəngin dövlətə çevirmək və insanların rifah halını yüksəltməkdir.

Azərbaycan siyasi palitrasının ən güclü siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyası öz sıralarında cəmiyyətin bütün təbəqələrini təmsil edən insanları birləşdirir. Eyni zamanda, cəmiyyətin ən dinamik təbəqəsi kimi çıxış edən gənclərin əksəriyyəti YAP sıralarında təmsil olunur və ictimai-siyasi proseslərdə aktiv iştirak edirlər. Bunun başlıca səbəbi ölkəmizdə həyata keçirilən gənclər siyasətinə paralel olaraq YAP-ın Azərbaycan gəncliyinin inkişafına xüsusi diqqət yetirməsidir. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan bu siyasət nəticəsində Azərbaycan gəncliyi yüksək inkişaf mərhələsini yaşayır.

1993-cü ildə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkəmizdə bu istiqamətdə böyük işlər görülüb. "Gənclər siyasəti haqqında" Azərbaycan Respublikasının Qanununun qəbulu, Gənclər və İdman Nazirliyinin yaradılması, 2 Fevral - Gənclər Gününün təsis edilməsi və s. bu istiqamətdə atılan addımlardır. Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin fərman və sərəncamları gənclərin hərtərəfli inkişafının təmin olunması üçün siyasi, sosial-iqtisadi şərait və təminatların yaradılmasını sürətləndirib, onların ictimai-siyasi fəallığının artmasına kömək edib. Dövlət başçısının "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı", "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı" haqqında sərəncamları Azərbaycanda gəncliyə diqqət və qayğının davamlı bir siyasət olduğunu bir daha təsdiqlədi. Daha sonra Prezident İlham Əliyev tərəfindən "2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası"nın təsdiq edilməsi haqqında Sərəncamın imzalanması bir daha dövlətimizin gəncliyə verdiyi önəmin parlaq göstəricisdir. Qeyd olunan strategiyanın məqsədi 2015-2025-ci illəri əhatə edən müddətdə Azərbaycan gəncliyinin potensialını müasir dövrün tələblərinə uyğun inkişaf etdirmək, həmin potensialdan Azərbaycan Respublikasının mənafeləri naminə istifadə etmək, yeni nəsildə fəal vətəndaşlıq mövqeyi formalaşdırmaqdır. Artıq gənclər onlar üçün yaradılmış şəraitdən istifadə edərək, intellektual və ictimai fəaliyyət platformasında mühüm uğurlar əldə edirlər. Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində aktiv fəaliyyəti ilə seçilir, siyasi və iqtisadi, humantiar və sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayırlar.

Dövlət başçısı İlham Əliyev gənclərin böyük qüvvə olduğunu, Azərbaycanın gələcəyinin onlara məxsusluğunu, eyni zamanda, müasir dövrün informasiya-kommunikasiya texnologiyaları əsri olduğunu önə çəkərək, yüksək ixtisaslı gənclərin yetişdirilməsini qarşıya mühüm vəzifə kimi qoyur. Bu məqsədlə təhsil sahəsində kompleks tədbirlər həyata keçirilir. Yeni texnologiyaların öyrənilməsi və tətbiqi ölkənin hərtərəfli inkişafında mühüm amil kimi önə çəkilir. Dövlətimizin başçısı İlham Əliyev "Peşəkar kadrların hazırlanması bu gün nəinki təhsil sahəsində, yaxud da ki, hansısa ayrı bir neft-qaz sahəsində, ümumiyyətlə, ölkə qarşısında duran ən vacib problemlərdən biridir və biz bütün sahələrdə buna nail olmalıyıq" – deyir.

Ölkə gəncliyi, onlara qarşı olan diqqət və qayğı YAP-ın fəaliyyətində əsas yerlərdən birini tutur. Müasir dövrdə gənclərin cəmiyyətin həyatında aparıcı mövqeyilə ictimai-siyasi proseslərin önündə yer alması, dövlətin gələcəyinin onlarla bağlı olması gənc nəslin üzərinə böyük məsuliyyət qoyur.

Dövlətin gənclərə dəstək və diqqət göstərməsinin nəticəsində Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissini artırıb. Gənclər iştirak etdikləri beynəlxalq olimpiadalarda və idman yarışlarında yeni-yeni qələbələrlə ölkəmizin şərəfini qoruyurlar.

Ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyası bu uğurların hər birinə öz imzasını atmaqla gələcəyə doğru böyük inamla irəliləyir.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər