PDF Oxu

Siyasət

  • 25

Politoloq: “Münaqişə ilə bağlı vəziyyət bizi aprel döyüşlərinə sürükləyir” AÇIQLAMA

Politoloq: “Münaqişə ilə bağlı vəziyyət bizi aprel döyüşlərinə sürükləyir” AÇIQLAMA

"Son bir neçə ay ərzində atəşkəs rejimi ilə bağlı tendensiya azalmağa doğru gedirdi. Lakin hazırkı vəziyyətdə bunu demək çox çətindir. Çünki, son günlər ərzində atəşkəs rejimi daha çox pozulmağa başlayıb, erməni təxribatı davamlı şəkil alıb". Bunu SİA-ya açıqlamasında politoloq İlqar Vəlizadə deyib.Onun sözlərinə görə, hazırda cəbhədəki vəziyyətin gərginləşməsinin müəyyən səbəbləri var: "Bir neçə ay idi ki, Ermənistan tərəfində sakitlik hökm sürürdü. Üstəlik də danışıqlar prosesi ilə bağlı müəyyən ümidverici təkliflər də səslənirdi. Lakin son aylar bu ümidləri puça çıxarmış oldu. Ermənistan tərəfindən verilən son açıqlamalar göstərir ki, onlar torpaqları qaytarmaq niyyətində deyillər. Xüsusilə də düşmən ölkədə "Sasna Tsrer" silahlı qruplaşmasının keçirdiyi əməliyyat Ermənistan cəmiyyətinin bu fikrini daha da bərkidib. Ermənistandakı mövcud hakimiyyət baş verənləri bəhanə edərək yenidən danışıqlar prosesindən yayınmağa çalışır".Politoloq qeyd edib ki, bütün bunlara baxmayaraq, Azərbaycan tərəfi də boş dayanmayaraq, torpaqların hər iki yolla geri qaytarılması istiqamətində işlərini davam etdirir: "Xatırlayırsınızsa bir neçə həftə bundan öncə müdafiə naziri Zakir Həsənov geniş toplantı keçirərək cəbhədə bərkitmə işləri, eləcə də təxribatların qarşısının yüksək səviyyədə alınması ilə bağlı mühüm tapşırıqlarını verdi. Son həftələrə nəzərə salsaq görərik ki, Ermənistan tərəfi Dağlıq Qarabağ ərazisində hərbi təlimlər keçirir, Rusiyadan hərbi texnika alır. Bütün bunlar düşmən ölkənin müharibəyə hazırlaşdığını deməyə əsas verir"."Təbii ki, müharibənin olma ehtimalı ən çox ATƏT-in Minsk Qrupunun həmsədrlərini narahat etməyə başlayıb. Belə ki, onların regiona səfəri də məhz müharibənin olmaması ilə bağlı danışıqlar aparmaq, prezidentlərin görüşün təşkil etməkdən ibarət idi. Əslində prezidentlərin görüşməsi üçün masada müzakirə olunacaq konkret məsələlər mövcuddur. Lakin Ermənistan tərəfi onların heç birini müzakirə etmək istəmir. Bu baxımdan da deyə bilərik ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hazırkı vəziyyət bizi yenidən aprel döyüşlərinə sürükləyir".

sia.az

Digər xəbərlər