Son vaxtlar xarici maraqlı qüvvələrdən maddi və mənəvi dəstək alan dağıdıcı müxalifətin yarıtmaz ünsürləri xaricu turnerlərə çıxmağı intensivləşdiriblər. Daha doğrusu, "Mili Şura"nın və Müsavatın ələbaxan funksionerləri sanki bir-biri ilə yarışa giriblər kimi xaricə səfərlər edirlər. Gah Arif Haclı, gah da Cəmil Həsənli müxtəlif ölkələrə səfər edib, orada Azərbaycan əleyhinə şər və böhtan xarakteli fikirlər səslndirir, bəyanatlar verirlər.Məsələ ilə bağlı SİA-ya açıqlama verən BAXCP sədr müavini Niyaməddin Orduxanlı bildirib ki, bunların tez-tez xarici ölkələrə səfərlər etmələrinin arxasında xaricdən maliyyə yardımları alması durur: "Cəmil Həsənli və Əli Kərimli həmişə beynəlxalq təşkilatların sözçü rolunda çıxış ediblər. Bunların istiqaməti o yönümdə olub ki, beynəlxalq təşkilatların, beynəlxalq qurumların istənilən vaxt mövqeyini müdafiə ediblər və onların maraqlarından çıxış ediblər. Belə olan halda, beynəlxalq təşkilatların da onlara maliyyə yardımları ayırması heç kimdə şübhə yaratmır. Həmin maliyyə yardımları da müxalifət düşərgəsində təmsil olunan şəxslərə müxtəlif yollarla edilir. Zaman-zaman müxalifət düşərgəsini təmsil edən liderlər diplomatik korpuslarla, beynəlxalq təşkilatların xaricdəki ofislərində görüşlərə dəvət olunurlar və həmin görüş ərəfələrində də bunlar, əsasən, maliyyə vəsaitinin əldə olunmasına çalışırlar. Demək olar ki, artıq Əli Kərimli AXCP-də heç kəsə inanmır və öz tələbə oğlunu bu prosesə cəlb edir. Yəni oğlu öz vəsaiti hesabına həmin təşkilatların nümayəndələri ilə xaricdə görüşlər şəkil edir. Məhz oğlunun görüşündə də, əsasən, maliyyə məsələlərinin əldə olunması variantları müzakirə olunur".Müxalifətin xarici qüvvələrdən maddi-mənəvi dəstək alması ilə bağlı sualı cavablandıran N.Orduxanlı bildirib ki, xaricdə olan qüvvələr müxalifət təmsilçilərinə ondan ötrü maliyyə yardımları edirlər ki, onlar ölkəmizdə məkrli planlar həyata keçirə bilsinlər: "Xarici qüvvələr müxalifət təmsilçilərindən bir vasitə kimi istifadə etməyə çalışırlar. Xarici qüvvələr o müxalifət təmsilmilərindən istifadə edirlər ki, bir sözlərini iki etməsinlər".
sia.az