PDF Oxu

Siyasət

  • 20

Cümşüd Nuriyev: “Ermənistanın daxilinə hesablanmış siyasət həyata keçirilməlidir” AÇIQLAMA

Cümşüd Nuriyev: “Ermənistanın daxilinə hesablanmış siyasət həyata keçirilməlidir” AÇIQLAMA

"Ümumiyyətlə hər kəsə də bəllidir ki, ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində heç bir iş görmürlər. Hətta bunu Azərbaycan Prezidenti İlham Əliyev də dəfələrlə bildirib. Yəni Azərbaycan ATƏT-in bu fəaliyyətindən çox narazıdır". Bunu SİA-ya politoloq Cümşüd Nuriyev deyib.Onun sözlərinə görə, bu gün ABŞ tamam fərqli bir mövqedədir, Rusiya isə tamam əks mövqedə dayanıb: "Fransa isə bir növ onların hər ikisini müşahidə edir. Yəni bunların sayının 3 olması heç bir effektivlikdə özünü göstərmir. Ümumiyyətlə ya bunun Minsk qrupunun tərkibi dəyişməlidir, ya da Azərbaycan bütünlüklə ATƏT-in həmsədrliyindən imtina etməlidir. Ermənistan kifayət qədər qarışıq bir durumdadır. Ermənistanı həm iqtisadi, həm də siyasi inflyasiya gözləyir. Artıq mənəvi cəhətdən onlar çökürlər və iflasa gedirlər. Yəni bütün hallarda Ermənistanın daxilinə hesablanmış bir siyasət həyata keçirilməlidir. Təbii ki, o da ancaq Dağlıq Qarabağla bağlıdır. Çünki hakimiyyətdə olan "Qarabağ klanı" bu və ya digər formada hakimiyyəti qorumaq üçün bu kartdan yenə də yararlanmalıdır".

sia.az

Digər xəbərlər