PDF Oxu

Siyasət

  • 26

İnkişafa və tərəqqiyə doğru yollar

İnkişafa və tərəqqiyə doğru yollar

İlham Əliyev: "Azərbaycanda ən müasir nəqliyyat-yol infrastrukturu yaradılacaq"

Bu gün ölkəmizdə aparılan düşünülmüş siyasət ölkəmizin hərtərəfli inkişafına təkan verib. Məhz Azərbaycanın sürətli və dinamik inkişaf yolunda böyük uğurlara imza atması onu regionun qüdrətli dövlətlərindən birinə çevirən əsas amildir. Xüsusilə, dünya birliyi tərəfindən yüksək reytinqlə qəbul edilən ölkəmizin siyasi, sosial-iqtisadi sahələrdə əldə etdiyi uğurların təməlində Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan xarici və daxili siyasət ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla daavm etdirilir.

Qürur hissi ilə deyə bilərik ki, Ulu Öndərin inkişaf strategiyasını uğurlu şəkildə davam etdirən Prezident İlham Əliyev ölkə başçısı seçildikdən sonra bütün sahələrlə yanaşı, nəqliyyat-yol kompleksində, eləcə də yol təsərrüfatında sistemli və kompleks tədbirlərin həyata keçirilməsi dinamik xarakter alıb. Ölkənin regionlarında, eləcə də paytaxt Bakıda vəziyyət kökündən dəyişib, paralel olaraq imzalanan sərəncamlar sözügedən sahənin yeniləşdirilməsinə xidmət edib. Ölkə başçısının 22 fevral 2007-cı il tarixli Sərancamı bu baxımdan mühüm əhəmiyyətə malikdir.

Statistika nə deyir

Yol infrastrukturunun inkişafı istiqamətində həyata keçirilən məqsədyönlü və sistemli tədbirlərin nəticəsi olaraq, avtomobil yollarının tikintisi, yenidənqurulması, təmiri üzrə işlərin həcmi ildən-ilə artıb. Xüsusilə də, bu sahənin hərtərəfli inkişafı üçün çox böyük işlər görülüb və hazırda da uğurla davam etdirilir. Ölkə başçısı aparılan işlərə xüsusi əhəmiyyət verərək, mütəmadi olaraq, həyata keçirilən işlərin gedişatı ilə maraqlanıb, açılış mərasimlərində şəxsən iştirak edib. Yol infrastrukturunun inkişafı istiqamətində həyata keçirilən məqsədyönlü və sistemli tədbirlərin nəticəsi olaraq, avtomobil yollarının tikintisi, yenidən qurulması, təmiri üzrə işlərin həcmi ildən-ilə artıb. Son illərin göstəricilərinə nəzər saldıqda, statistik rəqəmlər də son 11 ildə müsbət dəyişikliklər baş verdiyini bir daha təsdiqləyir. Ölkənin ümumi istifadədə olan avtomobil yollarının uzunluğu 2003-cü ildə 18754 km təşkil edirdisə, 2008-ci ildə bu göstərici 18902, 2013-cü ildə isə 19000 km-ə çatdırılıb ki, bunun da 17529 km-i Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin balansındadır.

Son 12 il ərzində avtomobil yollarının tikintisində və təmirində istifadə olunan 3014 ədəd müxtəlif təyinatlı nəqliyyat vasitələri, yol-tikinti maşınları, avadanlıq və qurğular alınıb, ümumi gücü saatda 2240 tondan çox olan 33 ədəd asfalt-beton zavodu istifadəyə verilib. 2003-2013-cü illər ərzində respublikada yeni tikilən, yenidən qurulan, əsaslı təmir olunan yolların uzunluğu 8332 km. olub.

Təsadüfi deyil ki, regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları təsdiq olunarkən qarşıya qoyulan başlıca vəzifələrdən biri yol təsərrüfatının bərpası, yenidən qurulması və müasir standartlara çatdırılması olub. Ölkə başçısı İlham Əliyev regionların sosial-iqtisadi inkişafı proqramının uğurla yerinə yetirilməsində, ilk növbədə, müasir tələblərə cavab verən yolların mühüm əhəmiyyət kəsb etdiyini belə vurğulayıb: "Müasir infrastruktur və yol olmadan iqtisadi inkişaf mümkün deyil".

Bunun nəticəsidir ki, "Azərbaycan Respublikası regionlarının 2004-2008 və 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın icrası nəticəsində yol qurucularının, eləcə də, ölkənin bütün regionlarını və yaşayış məntəqələrini birləşdirən avtomobil yollarının yenidən qurulması və tikintisi üzrə irimiqyaslı layihələr həyata keçirilib və bu, növbəti üçüncü Dövlət Proqramında da davam etdirilir. Belə ki, dövlət başçısı üçüncü regional inkişaf proqramında kənd yollarının tikintisinin xüsusi yeri olduğunu da vurğulayıbdır: "Mənim bölgələrə səfərlərim zamanı bu məsələ daim müzakirə edilir. Yerlərdən gələn təkliflər sonra dövlət investisiya proqramına salınır. Üçüncü regional inkişaf proqramında kənd yollarının tikintisi xüsusi yer tutur. Eyni zamanda, vətəndaşlar tərəfindən il ərzində də müraciətlər olur. İl ərzində çalışıram ki, Prezidentin ehtiyat fondundan da kənd yollarının tikintisinə vəsait ayırım. Bəlkə də Prezidentin ehtiyat fondundan ayrılan vəsaitin böyük hissəsi kənd yollarının tikintisinə gedir. Çünki bu məsələ öz həllini tapmalıdır. Hesab edirəm ki, biz indiki templəri saxlasaq, növbəti 3-4 il ərzində Azərbaycanda bir dənə də təmirsiz kənd yolu olmayacaqdır. Məsələ də belə qoyulub. Bütün kənd yollarında asfalt olmalıdır, keyfiyyətli tikilməlidir ki, vətəndaşlar əziyyət çəkməsinlər".

Qeyd edək ki, ölkədə yol infrastrukturunun təkmilləşdirilməsi istiqamətində həyata keçirilən ardıcıl işlərin nəticəsi olaraq kənd yollarının tikintisi də davam etdirilmiş, dövlət başçısının imzaladığı 43 Sərəncamla ayrılmış vəsait hesabına əhalisi 960 min nəfər olan 597 yaşayış məntəqəsini birləşdirən 1300 kilometr uzunluğunda kənd yollarının çəkilməsi və yenidən qurulması işləri aparılmışdır. Ölkə Prezidenti bölgələrə hər səfərləri zamanı respublika və yerli əhəmiyyətli yolların yenidən qurulması, hətta ucqar dağ kəndlərinə yeni yolların çəkilməsi ilə bağlı konkret tapşırıqlarını verir. Yerinə yetirilən konkret tədbirlərin fonunda Biləsuvar-İran sərhədi, Lənkəran-Lerik, Masallı-Yardımlı, Gəncə-Daşkəsən-Xoşbulaq, Quba-İspik-Xınalıq, Şamaxı-Pirqulu, Tovuz-Əlibəyli, Şəmkir-Gədəbəy, İsmayıllı-Qəbələ, Xaldan-Mingəçevir, Ağdaş-Ləki, Quba-Qəçrəş-Qımılqazma, Qusar-Əniğ-Ləzə, Qazaxbəyli-Aşağı Salahlı, Qəbələ-Ağdaş, Oğuz-Qəbələ, Quba-Qusar, Şəki-Qax, Agstafa-Poylu-Gürcüstan sərhədi, Yevlax-Xocalı-Laçın yolunun Yevlaxdan Bərdəyədək olan hissəsinin və digər avtomobil yollarının yenidən qurulması dövlət proqramlarının uğurla həyata keçirilməsinin məntiqi nəticəsidir.

Ölkə başçısı İlham Əliyev regionların sosial-iqtisadi inkişafı proqramının uğurla yerinə yetirilməsində, ilk növbədə, müasir tələblərə cavab verən yolların mühüm əhəmiyyət kəsb etdiyini belə vurğulayıb: "Müasir infrastruktur və yol olmadan iqtisadi inkişaf mümkün deyil".

Bir sözlə, bütün bunlar onu göstərir ki, zəngin potensiala mailk olan Azərbaycanda yol infrastrukturunun inkişafı ölkənin əsas prioritetlərindən birinə çevrilib. "Azərbaycanda ən müasir nəqliyyat-yol infrastrukturu yaradılacaq" deyən ölkə başçısı İlham Əliyevin diqqətinin nümunəsi olaraq növbəti ildə də sözügedən proses reallaşdırılacaqdır.

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər