"Xədicə İsmayıl və Əli Kərimlini uzun illərdir tanıyıram. Xədicə İsmayıl hər zaman Əli Kərimlinin təbliğatçısı olub. O, "Yurd"un mətbuat şəbəkəsinin başında durub. Hətta Əli Kərimliyə görə, mərhum Əbülfəz Elçibəyin təhqir edilməsi prosesinə başçılıq edib. Onun nüfuzuna zərbə vurmaq üçün xeyli yazılar yazıb. Təbii ki, Kərimlinin tapşırığı əsasında. Məncə, yuxarıda dediyim kimidir, bu, bir oyundur". Bunu SİA-ya Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Niyaməddin Orduxanlı deyib.Onun sözlərinə görə, həmin şəxslər aldıqları pulu düz bölə bilmirlər: "Əli Kərimli çox simic adamdır. Pul verməklə arası yoxdur. O, pul almağı xoşlayır. Yəqin Xədicə İsmayıl qane edəcək səviyyədə pul ala bilməyib. Bunu da mümkün sayıram. Əli Kərimli üçün əsas hədəf pul qazanmaqdır. İndi də qoşulub məhbus alverinə. İnanın ki, Əli Kərimlinin bir manat qazancı olmasa idi, 120 nəfər "inanclı" olan, əslində isə İranın xüsusi xidmət orqanlarının "verobovka" etdiyi şəxsləri "siyasi məhbus" adalandırmazdı. Əli Kərimli vaxtilə ən yaxın silahdaşı olan Qənimət Zahidi İrana göndərməsi də çox adamın yadından çıxmayıb. Görünür, bu məsələ də köhnə əlaqələrdə öz sözünü deyir".
sia.az