PDF Oxu

Siyasət

  • 19

Deputat: “NATO dövlətləri cavab tədbirləri görməyi planlaşdırır” MÜNASİBƏT

Deputat: “NATO dövlətləri cavab tədbirləri görməyi planlaşdırır” MÜNASİBƏT

"Çin özünün "Qara qartal" adlandırılan 5-ci nəsl qırıcısı J-20-nin təqdimatını keçirdi. Bu, Çinin ilk təyyarəsidir ki, tam öz texnologiyaları əsasında hazırlanıb və ABŞ-ın 4-cü nəsl döyüş təyyarələrindən daha üstün olduğu vurğulanır. Amerikalı mütəxəssislər Çinin yeni hərbi təyyarələrinin onlar üçün böyük təhlükəyə çevirilə biləcəyi düşüncəsindədirlər". SİA-nın məlumatına görə, bu barədə millət vəkili Sahib Alıyev deyib.Onun sözlərinə görə, havada üstünlüyü əldən verməmək üçün başda Birləşmiş Ştatlar olmaqla bir sıra NATO dövlətləri artıq cavab tədbirləri görməyi planlaşdırırlar: "Azərbaycana gəldikdə fikrimcə, bizim hərbi –texniki əməkdaşlıqda maraqlı olduğumuz dövlətlərin sırasında mütləq Çin də vardır və bu maraq getdikcə artacaq. Əminəm ki, bir sıra qərb dövlətlərindən fərqli olaraq Çin Azərbaycanın torpaq bütünlüyü məsələsində tutduğu qəti mövqeyinə və bunun üçün gərəkən hər bir addımı atmaq niyyətinə duyarlı yanaşır. Ən azından ona görə ki, o özü də separatçılıqla üzləşən dövlətlərin sırasındadır".

sia.az

Digər xəbərlər