"Ermənistanda baş verənlər bizim diqqət mərkəzimizdədir. Vigen Sarkisyanın müdafiə naziri təyin edilməsini ilk təbrik edən İran oldu". SİA-nın məlumatına görə, bunu bu gün Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu keçirdiyi mətbuat konfransında deyib.Onun sözlərinə görə, İranın müdafiə naziri müavini Nəsrullah Kələntəri Ermənistana göndərdi ki, V.Sarkisyanı təbrik etsin: "Sarkisyanın gəlişi ilə erməni təxribatlarına yeni dinamizm verildi. Azərbaycan buna hazırdırmı? Hesab edirəm ki, Azərbaycan buna hazırdır".Politoloq həmçinin Gürcüstanda keçirilən parlament seçkilərindən də danışıb. Bildirib ki, Qərb Gürcüstanda antirusiyaçı radikal qüvvələrin hakimiyyətə gəlməsində maraqlı deyil: "Çünki Qərb başa düşür ki, Rusiya bunu cavabsız qoymayacaq. Parlamentdə 5 nəfər azərbaycanlının olması kifayət deyil. Gürcüstan parlamentində 22-23 deputat azərbaycanlı olmalıdır".Qurum rəsmisi deyib ki, ABŞ-dakı bir qrup erməni ABŞ hərbi təyyarələrinin ehtiyat hissələrini İrana keçirməklə məşğuldur: "Bu erməniləri İranın gözündə qaldırmışdı. Baxmayaraq ki, Ermənistan müsəlman torpağını işğal edib və İran buna göz yumur".Əhmədoğlunun fikrincə, Ermənistanda effektiv iqtisadiyyat əldə etmək üçün ÜDM-ün inkişaf göstəricisi 7.2% olmalıdır: "Lakin hazırda bu rəqəm 2.2%-dir. Ermənistanda xarici borcun ÜDM-ə nisbəti 54 faizdir".
sia.az