PDF Oxu

Siyasət

  • 32

“Forum bütün istiqamətlərdə əməkdaşlıq üçün geniş perspektivlər açır” ŞƏRH

“Forum bütün istiqamətlərdə əməkdaşlıq üçün geniş perspektivlər açır” ŞƏRH

"Rusiya Azərbaycanın yaxın qonşusudur və böyük resurslara malik olan bir ölkədir. Bu baxımdan Azərbaycan üçün Rusiya ilə iqtisadi müstəvidə əməkdaşlığın genişləndirilməsi əhəmiyyət kəsb edir". Bunu SİA-ya açıqlamasında politoloq Elçin Mirzəbəyli Bakıda keçirilən VII Azərbaycan-Rusiya Regionlararası Forumu barədə danışarkən deyib. O bildirib ki, Azərbaycan post-neft erasına keçdiyini elan edib və qeyri- neft sektorunun ninkişafı ilə bağlı islahatlar aparılır: "Bu baxımdan şübhəsiz ki, Rusiya ilə əməkdaşlıq üçün daha geniş imkanlar yaranır. Xüsusilə də qeyri-neft sektoru sahəsində".

Politoloq forum çərçivəsində imzalanan sənədlərə də toxunub. Onun sözlərinə görə ayrı-ayrı istiqamətlərdə ikitərəfli əməkdaşlığın möhkəmləndirlməsini təmin edəcək bu sənədlər çox mühüm sənədlərdir: "Digər tərəfdən Azərbaycanın Rusiyanın ayrı-ayrı regionları ilə birbaşa əlaqələr qurması da əhəmiyyətə malikdir. Xüsusilə də yaxın qonşumuz Dağıstan ərazisi ilə. Dağıstan rəhbəri də bəyan etdi ki, Azərbaycan Dərbəndin bərpa olunması üçün kifayət qədər ciddi yardım göstərib. Bu, eyni zamanda onu sübut edir ki, ölkəmiz təkcə öz sərhədləri çərçivəsində azərbaycanlılara məxsus tarixi-mədəni abidələri deyil, eyni zamanda sərhədlərimizdən kənarda olan Azərbaycan abidələrinin də bərpası istiqamətində ciddi addımlar atır, tarixi, mənəvi irsə böyük dəyər verir. Həmin toplantıda Azərbaycanın çox böyük bir mədəniyyətə malik olduğu da vurğulandı və qeyd olundu ki, Rusiyanın ətraf regionları Azərbaycanın bu yüksək mədəniyyətindən bəhrələnməlidir. Bu baxımdan forumun bütün istiqamətlərdə əməkdaşlıq üçün geniş perspektivlər açdığını düşünürəm".

E.Mirzəbəyli yekun olaraq iki önəmli məsələni qeyd edib: "Birincisi, Azərbaycan -Rusiya iş adamlarının bir araya gəlməsi və müxtəlif məsələlərin müzakirə edilməsi üçün birbaşa formatın yaradılması, digər amil isə Rusiyanın ayrı- ayrı regionları ilə birgə əlaqələrin qurularaq inkişaf etdirilməsi. Bunlar hamısı mühüm əhəmiyyət kəsb edən addımlardır və düşünürəm ki, hər iki ölkə və iqtisadi sektoru üçün önəm kəsb edir".

sia.az

Digər xəbərlər