"Siyasi məhbus" siyahıları dərc etmək AXC və Müsavatın oyunudur. Radikal müxalifət bu dəfə də "siyasi məhbus" siyahıları hazırlamaqla oyun oynayırlar".Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP), millət vəkili Araz Əlizadə bildirib.Radikal müxalifətin qondarma "siyasi məhbus" siyahıları hazırlamasına münasibət bildirən A.Əlizadə qeyd edib ki, bu adamlar Azərbaycanda yaşayırlar, ancaq azərbaycanlı deyillər: "Gedin, soruşun heç birisi sizə deməyəcək ki, azərbaycanlıyam. Bunlar Azərbaycan vətəndaşı olsalar da, daxilən mühacirdilər. Çünki daxilən vətənə bağlılıqları yoxdur".
sia.az