"Bu gün Rusiya Federasiyası Azərbaycanın əsas ticarət ortaqlarından biridir. Statistik göstəricilərə görə Azərbaycanın əmtəə dövriyyəsində Rusiya üçüncü yerdədir, idaxalda birinci, ixracda isə səkkizincidir". Bunu SİA-ya politoloq Arzu Nağıyev deyib.Onun sözlərinə görə, bütün bunları nəzərə alaraq Bakıda keçirilən Azərbaycan-Rusiya Regionlararası Forumu çox vacib bir tədbirdir: "Çünki bugünkü siyasi gərginlikdə və regional problemlər dönəmində Rusiya və Azərbaycanın iş adamları üçün qarşılıqlı təmas birjazasının yaradılması vacib məsələdir. Məlumdur ki, belə təmas olan vaxt hərtərəfli biznes üçün tərəfdaş tapmaq da mümkündür. Bu, eyni zamanda qeyri-neft sektorunun inkişafı üçün də vacibdir. Forumda Rusiyanın ali orqanlarının nümayəndələrinin iştirakı ilə yanaşı, müxtəlif regionların, subyektlərin rəhbərlərinin, KİV nümayəndələrinin də olması müxtəlif sahələrdə ikitərəfli əlaqələrin yaradılmasına təkan verəcək".
sia.az