PDF Oxu

Siyasət

  • 24

Deputat "siyasi məhbus" terminini isifadə edənləri QINADI

Deputat "siyasi məhbus" terminini isifadə edənləri QINADI

"Bəzi qüvvələr Azərbaycana qarşı qara yaxma kampaniyası həyata keçirmək niyyəti ilə indidə siyasi məhbus terminini ortaya çıxarıblar. Amma əslində onların dedikləri həqiqət deyil. Çünki Azərbaycanda "siyasi məhbus" yoxdur". Bunu SİA-ya açıqlamasında millət vəkili Rövşən Rzayev deyib. Ümumiyyətlə, hüquqda belə bir anlayışın olmadığını dilə gətirən millət vəkili söyləyib ki, cinayət törədib, buna görə cəza çəkənlər var ki, onların da bir qrupu Azərbaycan prezidentinin humanizmi nəticəsində əfv ediliblər: "Hazırda həmin şəxslər fəaliyyətlərini davam etdirirlər. Bu baxımdan anti-azərbaycançı mərkəzlərin sifarişi əsasında ölkədə sabitliyi pozmağa cəhd edənlərin fikri bizim üçün maraqlı deyil. Hazırda Azərbaycan inkişaf edir və iqtidarı ölkəmizi yeni uğurlara aparır. Xalq da iqtidarı dəstəkləyir"."Siyasi məhbus" termini istifadə edənləri qınayan R. Rzayev qeyd edib ki, Azərbaycanda mövcud olan müxalifət daxildə hakimiyyət uğurunda mübarizə aparmağa adətkar olub: "Vaxtilə onların ucbatından Azərbaycan 20 faiz ərazisini itirdi. O zaman ölkəmizin müstəqil dövlət kimi inkişafını düşünmək əvəzinə hakimiyyət uğrunda mübarizə apardılar və nəticədə Ermənistan torpaqlarımızı işğal etdi. Bu gün də müxalifət ortaya yenilik qoya bilmədiyi üçün fəaliyyətini eyni istiqamətdə davam etdirir. Lakin onlar anlamalıdır ki, Azərbaycanı bugünkü inkişaf səviyyəsinə gətirib çıxaran vaxtilə Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan, bu gün də uğurla davam etdirilən uzaqgörən siyasətdir".

yap.org.az

Digər xəbərlər