"Sərhədsiz Reportyorlar", "Freedom House" və digər bu kimi beynəlxalq təşkilatlar daim Azərbaycanın əleyhinə olanların sifarişlərini yerinə yetirməklə məşğuldurlar". SİA-nın məlumatına görə, bunu azvision.az-a açıqlamasında SƏS Media Qrupun rəhbəri, fəlsəfə üzrə fəlsəfə doktoru Bəhruz Quliyev deyib.Baş redaktorun sözlərinə görə, bu kimi təşkilatlar mütəmadi olaraq Azərbaycanın əleyhinə kampaniya aparırlar: "Onlar daim Azərbaycanı "söz və mətbuat azadlığının olmadığı", "jurnalistələrə basqıların olduğu ölkə" və "azadlığın boğulduğu məkan" kimi qələmə verirlər. Bu isə başa düşüləndir. Çünki, bu qurumların hansı qüvvələr tərəfindən maliyyələşdirildiyi məlumdur, ikili standartlarla çalışdıqları heç kəsdə şübhə doğurmur. Hesab edirəm ki, təşkilatın rəyinin əksinə olaraq ölkəmiz bu sahədə bir çox dövlətlərdən öndədir. Əgər bu təşkilat həqiqətən qərəzsizdirsə, öz nümayəndələrini göndərsin və bizimlə Azərbaycanda mətbuatın durumu ilə bağlı fikir mübadiləsi aparsın, faktlarla tanış olsun, arqumentlərimizi dinləsin və bundan sonra obyektiv hesabat hazırlasın".B.Quliyev vurğulayıb ki, Azərbaycanda mətbuat tam azad və müstəqildir: "Azərbaycanda mətbuatın inkişafı və jurnalistin fəaliyyəti hüquqi normalarla tənzimlənir. Eyni zamanda mətbuatın inkişafı istiqamətində dövlət kifayət qədər addımlar atır. 2008-ci ildə mətbuatın inkişafı ilə bağlı konsepsiya qəbul olunub. Bundan sonra 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu (KİV DF) yaradılıb. Azərbaycan mətbuatı qısa zaman ərzində böyük yol qət edib. Bu, onu göstərir ki, Azərbaycan prezidenti İlham Əliyev söz və mətbuat azadlılğının mövcudluğunda maraqlıdır. Dünyanın heç bir yerində dövlət jurnalistləri təmənnasız mənzillə təmin etmir. Azərbaycanda belə bir təcrübə var. Bütün bunlar dövlətin, onun prezidentinin mətbuata qayğısından irəli gəlir".
sia.az