"Azərbaycanda siyasi məhbus yoxdur. Radikal müxalifətin saxta "siyasi məhbus" siyahıları tərtib etməsi isə sırf anti-Azərbaycan qüvvələrin planlarının tərkib hissəsidir. Bu, radikal müxalifətin, dövlətimizin inkişafını istəməyən bəzi xarici dairələrin sətəlcəm beyinlərinin məhsuludur".Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Astan Şahverdiyev bildirib.Radikal müxalifətin saxta "siyasi məhbus" siayhıları hazırlamasına münasibət bildirən millət vəkili A.Şahverdiyev qeyd edib ki, cinayətkarın cinayət əməllərinə siyasi don geyindirib onları "siyasi məhbus" kimi təqdim etmək cəhdi birbaşa Azərbaycana qarşı düşmənçilikdir: "Radikal müxalifət düşmən dəyirmanına su tökür, bu adamların yersiz, aqressiv, məntiqsiz addımları və qərarları bəzi xarici təşkilatlar üçün Azərbaycan haqqında hesabatlar hazırlayan zaman əsas mənbə sayılır. Bunu radikal müxalifət də gözəl bilir. Bəs nə üçün bu addımı atırlar? Çünki dövlətimizə qarşı qarayaxma kampaniyası məqsədli şəkildə aparılır və radikal müxalifət də bu planın bir tərkib hissəsi qismində çıxış edir. Kimin necə, hansı məqsədlə saxta siyahılar hazırlamasından asılı olmayaraq Azərbaycanın imicinə xələl gətirmək mümkünsüzdür. Azərbaycanın daxili qanunları və bizim ölkədə kimliyindən asılı olmayaraq heç bir cinayətkar cəzasız qalmır".
sia.az