PDF Oxu

Siyasət

  • 18

Daşkəsən rayonunda YAP-ın yaradılmasının 24-cü ildönümü münasibətilə silsilə tədbirlər keçirilir

Daşkəsən rayonunda YAP-ın yaradılmasının 24-cü ildönümü münasibətilə silsilə tədbirlər keçirilir

YAP Daşkəsən rayon təşkilatı Yeni Azərbaycan Partiyasının yaradılmasının 24-cü ildönümü münasibətilə İ.Nəsimi və S.Vurğun adına ilk partiya təşkilatlarında partiya üzvləri ilə görüş keçirmişdir. Tədbiri YAP Daşkəsən rayon təşkilatı S.Vurğun adına ilk partiya təşkilatının sədri Elmar Həsənov açmış, Yeni Azərbaycan Partiyasının yaradılmasının 24 illiyi münasibətilə ölkəmizdə və rayonumuzun ərazisində silsilə tədbirlərin keçirildiyini bildirərək, bugünkü görüşün də eyni məqsədlə baş tutduğunu bildirmişdir: "Yeni Azərbaycan Partiyasının yaranması, məhz Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır və ölkənin ən aparıcı siyasi qüvvəsidir".

YAP Daşkəsən rayon təşkilatı aparatının rəhbəri Sərdar Xıdırov çıxış edərək, Ulu Öndər Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli yoldan, ölkəmizin həyatında mühüm rol oynadığından danışmışdır. Həmçinin, o, qeyd etmişdir ki, partiyamızın yaradılmasının 24-cü ildönümü münasibətilə YAP Daşkəsən rayon təşkilatında tədbirlər planı hazırlanmış və idarə heyətinin iclasında təsdiq edilmişdir.

Partiya üzvlərindən Elmira Həsənova, Zəhra Allahverdiyeva, YAP Daşkəsən rayon təşkilatı Gənclər Birliyinin sədri Elşən Alıyev və başqaları çıxış edərək, bildirmişlər ki, yarandığı ilk gündən bügünədək bütün seçkilərdə qalib gəlmiş, qarşıya qoyduğu məqsədləri layiqincə yerinə yetirmiş Yeni Azərbaycan Partiyası xalqımız tərəfindən birmənalı şəkildə dəstəklənir.

Tədbirin sonunda bir qrup gənc YAP sıralarına qəbul edilmişdir.

Samir

Digər xəbərlər