PDF Oxu

Siyasət

  • 20

YAP Daşkəsən rayon təşkilatının yeni ilk partiya təşkilatı yaradılıb

YAP Daşkəsən rayon təşkilatının yeni ilk partiya təşkilatı yaradılıb

Dünən YAP Daşkəsən rayon təşkilatının DSMF-nin Daşkəsən rayon şöbəsi ilk partiya təşkilatının növbəti yığıncağı keçirilmişdir. Yığıncağı YAP Daşkəsən rayon təşkilatı aparatının rəhbəri Sərdar Xıdırov açaraq bildirmişdir ki, ƏSMM-nin rayon şöbəsinin DSMF-nin rayon şöbəsi ilə birləşdirilməsi ilə bağlı struktur dəyişikliyi baş vermişdir. Məlumat üçün bildirirəm ki, bugünkü yığıncağın gündəliyində 3 əsas məsələ durur. Bunlar - birləşdirilən ərazi ilk partiya təşkilatının sədrinin seçilməsi, Yeni Azərbaycan Partiyasının yaradılmasının 24-cü ildönümü ilə əlaqədar ilk partiya təşkilatında görülən işlərin müzakirəsi, partiya sıralarına yeni üzvlərin qəbul edilməsidir.

Birinci məsələ barədə Sərdar Xıdırov ətraflı çıxış edərək bildirmişdir ki, DSMF-nin Daşkəsən rayon şöbəsi ilk partiya təşkilatının sədri vəzifəsinə həmin müəssisənin müdiri F.Cəfərli daha layiqlidir. Aparat rəhbərinin təklifinə yığıncaq iştirakçıları yekdilliklə səs verərək, F.Cəfərlini YAP Daşkəsən rayon təşkilatının DSMF-nin Daşkəsən rayon şöbəsi ilk partiya təşkilatının sədri kimi dəstəkləmişlər.

Sonra yığıncaqda DSMF-nin Daşkəsən rayon şöbəsi ilk partiya təşkilatının sədri Firudin Cəfərli Yeni Azərbaycan Partiyasının yaradılmasının 24 illiyi münasibətilə ölkəmizdə və rayonumuzun ərazisində silsilə tədbirlərin keçirildiyini bildirmişdir. F.Cəfərli qeyd etmişdir ki, Yeni Azərbaycan Partiyasının yaranması, məhz Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır və ölkənin ən aparıcı siyasi qüvvəsidir. O, həmçinin Ulu Öndər Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli yoldan, ölkəmizin həyatında mühüm rol oynadığından danışmışdır.

Partiya fəallarından Eldar Hüseynov, Faliq Rzayev və başqaları çıxış edərək bildirmişlər ki, yarandığı ilk gündən bügünədək bütün seçkilərdə qalib gəlmiş, qarşıya qoyduğu məqsədləri layiqincə yerinə yetirmiş Yeni Azərbaycan Partiyası dəfələrlə sübut etmişdir ki, bu partiya Azərbaycan xalqının xoş gələcəyinin partiyasıdır.

Tədbirin sonunda bir qrup gənc YAP sıralarına qəbul edilmişdir.

Rəfiqə

Digər xəbərlər