Bu mövzuda Nizami bələdiyyəsi bir sıra tədbirlər keçirib
Bakı şəhəri Nizami bələdiyyəsi 2016-cı il oktyabrın 31-dən 5 noyabradək "Azərbaycanda Yerli Demokratiya Həftə"si çərçivəsində bir sıra tədbirlər keçirib.
Tədbirlərdə məqsəd bələdiyyə ilə əhalinin təmaslarını bir qədər də möhkəmləndirmək, cəmiyyətin demokratikləşdirilməsi istiqamətində işləri daha da surətləndirmək, yerlərdəki problemlərin həllində insanların birgə fəaliyyətini təmin etməkdir. Həftə ilə əlaqədar bələdiyyədə "Açıq qapı" günləri təşkil olunub, vətəndaşların bələdiyyə ilə sıx əlaqələrinin qurulması məqsədilə "qaynar telefon xətti" (012-474-54-45) təşkil olunub.
Vətəndaşların bələdiyyə ilə operativ əlaqələrinin təmin edilməsi məqsədilə, bələdiyyənin inzibati binasının qarşısında və rayon ərazisində "Bələdiyyə poçt qutuları" quraşdırılıb. Nizami Bələdiyyəsinin sədri Vüqar Quliyev bildirib ki, Azərbaycanın müstəqil və sivil bir dövlət kimi demokratik prinsiplər və dəyərlər əsasında inkişafında xalqımızın Ümummilli Lideri Heydər Əliyevin müstəsna rolu var. Ulu Öndərin layiqli davamçısı olan ölkə başçısı İlham Əliyevin gərgin və çoxşaxəli Prezidentlik fəaliyyəti sayəsində Azərbaycan son illərdə böyük intibah dövrü keçirərək, bütün sahələrdə inanılmaz sürətli inkişafa, yüksək uğurlara nail olmuşdur. Eyni zamanda, ölkədə yerli və regional idarəetmə institutunun son illərdə ən yüksək səviyyədə formalaşması bunun əyani sübutudur.
Rayon sakinləri də, öz növbələrində, deyiblər ki, keçirilmiş "Yerli Demokratiya Həftəsi" bələdiyyə-vətəndaş əlaqələrinin daha da dərinləşməsində və yerli əhəmiyyətli problemlərin həllində mühüm rol oynayacaq.
NƏZAKƏT