PDF Oxu

Siyasət

  • 21

Ermənistan məhv olmağın astanasındadır

Ermənistan məhv olmağın astanasındadır

Tahir Rzayev: "Ordumuzun gücü qarşısında Ermənistan darmadağın olacaq"

Son vaxtlar cəbhədə işğalçı Ermənistan tərəfindən atəşkəsin tez-tez pozması halları baş verir. ATƏT-in Minsk Qrupunun həmsədrlərinin susqunluq nümayiş etdirmələri münaqişənin həllinə ikili yanaşma, Ermənistana dəstəyin növbəti təzahürü kimi qiymətləndirilir. Millət vəkili Tahir Rzayev "Səs" qəzetinə açıqlamasında ATƏT-in Minsk Qrupu həmsədrlərinin Ermənistanın cəbhədə atəşkəsi tez-tez pozmasına münasibət bildirməməsini qərəzli mövqe, ikili standartlar kimi qiymətləndiri: "Son vaxtlar Rusiya Dağlıq Qarabağ münaqişəsi ilə bağlı öz təşəbbüslərini xeyli artırıb. Bu baxımdan, Rusiyanın təşəbbüsü təqdirəlayiqdir. Ancaq Fransa ilə Amerikanın münaqişə ilə bağlı mövqeyinə gəlincə isə, demək olar ki, bunlar çox ziddiyyətli münasibətlər bildirilər. Aprel hadisələrindən sona ATƏT-in Minsk Qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fəallaşaraq, müəyyən bəyanatlar verdilər. Ancaq təəssüflər olsun ki, sonradan həmsədrlər ikili mövqedən çıxış edirlər. Burada bir mövqe ortaya qoyulmalıdır. Yəni təcavüzkarı adı ilə çağırmaq lazımdır. Həmsədrlərin işğal faktı ilə bağlı əllərində çox mühüm faktlar var".

Millət vəkili onu da bildirdi ki, Ermənistanın Azərbaycana etdiyi təcavüzlə bağlı BMT Təhlükəsizlik Şurası tərəfindən 4 qətnamə (822, 853, 874 və 884 saylı ) qəbul olub: "Eyni zamanda, digər beynəlxalq təşkilatların qətnamələri var. Yəni bu qətnamələrə əsaslanmaq lazımdır ki, siz həqiqətən də, Azərbaycan torpaqlarını işğal etmisiniz və bu torpaqlardan çıxmalısınız. Hər gün erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimini pozur. Azərbaycan Silahlı Qüvvələri düşmənə layiqli cavabını verən kimi həmsədrlə fəallaşaraq "yox müharibə olmaz, bu sülh yolu ilə həll olunmalıdır" deyirlər".

Millət vəkili T.Rzayev onu da qeyd etdi ki, hər zaman Prezident İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı humanist addımlar atıb: "İntensiv danışıqlar zamanı Ermənistan rəhbərliyi bu danışıqları pozur. Təəssüflər olsun ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri və digər beynəlxalq təşkilatlar məsləyə ədalətli yanaşma nümayiş etdirmirlər. Bu da münaqişənin uzanmasına gətirib çıxarır. Təbii ki, bu qeyri-müəyyənlik uzun müddət davam edə bilməz. Azərbaycan öz torpaqlarını işğaldan azad etmək üçün qətiyyətli mövqe ortaya qoyacaq. Necə ki, bu ilin aprel ayında Azərbaycan Silahlı Qüvvələri düşmənə layiqli cavabını verdi, bir sıra yüksəklikləri və yaşayış məntəqələrini azad etdi. Bu dəfə də belə olsa, ordumuzun gücü qarşısında Ermənistan darmadağın olacaq".

GÜLYANƏ

Digər xəbərlər