PDF Oxu

Siyasət

  • 18

"Məktəbli Kuboku" intellektual yarışları keçirilib

"Məktəbli Kuboku" intellektual yarışları keçirilib

Nizami rayonunda Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə 8-ci Qrant Müsabiqəsinin qalibi Fərid Hüseynlinin rəhbəri olduğu "Məktəbli Kuboku" İntellektual Yarışları Layihəsi keçirilib.

Bununla əlaqədar keçirilmiş layihənin açılış tədbirində çıxış edən Fərid Hüseynli bildirib ki, yeniyetmə və gənclərin hərtərəfli inkişafı ilə bağlı tədbirlərin görülməsi hər zaman gündəmdədir: "Bu tədbirlərə müxtəlif sahələri əhatə edən yarış, müsabiqə və seminar tipli layihələrin keçirilməsi aiddir. Hər hansı bir sahədə inkişafın əldə olunması üçün həmin sahə üzrə sağlam rəqabət şəraitində yarışların keçirilməsi unikal vasitədir. Xüsusən də, məktəblilər arasında rəqabət olanda, onlar daha çox öyrənməyə can atırlar."

Çıxışlardan sonra yarışa start verilib.

6 gün davam edən layihədə 150-ə yaxın şagird iştirak edib.

Layihə çərçivəsində keçirilmiş intellektual yarışlar zamanı şagirdlərə müxtəlif fənlər üzrə suallar verilib, yazılı cavablar yığılıb və ümumi hesablamadan sonra qaliblər müəyyənləşdirilib.

Layihədə I, II və III yerlərin qaliblərinə diplomlar verilib, eyni zamanda, yarışlarda fəal iştirak etmiş şagirdlərə sertifikatlar təqdim olunub.

Layihə çərçivəsində, ümumilikdə, 50-yə yaxın şagird mükafatlandırılıb.

NƏZAKƏT

Digər xəbərlər