"Ermənistan növbəti təxribatçı addım atmağa hazırlaşır". Bunu SİA-ya millət vəkili Sahib Alıyev deyib.Onun sözlərinə görə, Dağlıq Qarabağdakı cinayətkar və separatçı rejim üçün hazırlanan yeni "Konstitusiya"da bu bölgəni "Arsax Respublikası" adlandırmaq planlaşdırılır: "Niyə məhz indi? Ermənilərin bu addımlarının arxasında nə və kim durur? Bunlar aydınlaşdırılmalıdır. Ancaq istənilən halda belə bir cəhddə bulunmaqla Ermənistandakı hərbi xunta növbəti dəfə təsdiqləyir ki, onlarla danışıqlar aparmaq anlamsızdır və problemin həlli üçün ancaq bir yol qalır-savaş".S.Alıyev əlavə edib ki, Minsk qrupuna həmsədrlik edən dövətlər Ermənistanın bu təxribatçı addımına seyrçi qalmamalı, kəskin bir dillə öz mövqelərini bildirməlidirlər: "Əks-təqdirdə onların "problemin savaş yolu ilə həlli mümkünsüzdür" deməyə haqları yoxdur. Elə vasitəçilk etməyə də".
sia.az