PDF Oxu

Siyasət

  • 25

"Gənclərimiz bütün sahələrdə ölkəmizi təmsil etməyə hazırdır" Əli Həsənov

"Gənclərimiz bütün sahələrdə ölkəmizi təmsil etməyə hazırdır" Əli Həsənov

Bakıda Gənclər və İdman Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü ilə əlaqədar "Gənclik və dövlət müstəqilliyi: gələcəyə baxış" mövzusunda gənclərin respublika konfransı başlayıb. SİA-nın məlumatına görə, konfransda Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, gənclər və idman naziri Azad Rəhimov, Milli Məclisin Gənclər və idman Komitəsinin sədri Fuad Muradov, Azərbaycan Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, əlaqədar dövlət qurumlarının və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edirlər.Konfransda çıxış edən Ə.Həsənov bildirib ki, müstəqilliyimizin 25 illiyi müxtəlif tədbirlərlə qeyd edilir: "Bu tədbirlərin zirvəsi Prezident İlham Əliyevin iştirakı ilə keçirilən mərasim oldu. Həmin tədbirdə dövlət başçısının proqram xarakterli çlxışında ölkəmizin 25 ildə keçdiyi yola nəzər salındı, həmçinin gənclərlə bağlı da məsələlərə toxunuldu. Bugünkü gənclik gələcəyimiz üçün optimist olmağa imkan verir. 90-cı illərin əvvəlində gənclər hakimiyyət uğrunda mübarizə aparan insanların ambisiyalarının girovuna çevrilmişdi. Hakimiyyət uğrunda mübarizədə onlar bir-birinə qarşı çevrilmişdi. Ümummilli lider Heydər Əliyev hakimiyyətə gəldikdən sonra ilk görüşlərindən birini gənclərlə keçirdi və bu görüşün böyük əks-sədasl oldu. Bundan sonra gənclər və idman sahəsi ilə məşğul olan ayrıca qurum yaradıldı. Yəni gənclər siyasəti dövlətin əsas priopitetlərindən birinə çevrildi".Ə.Həsənov əlavə edib ki, Gənclər Gününün təsis edilməsi, dövlət proqramlarının qəbulu və bu istiqamətdə görülən digər işlər gənclərin inkişafına yönəlib: "Gənclər sahəsində görülən işləri sadalamaqla qurtarmaz. Hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Bizim gənclik bütün səviyyələrdə dövlətimizi təmsil etməyə hazırdır və təmsil də edir. Gənclərimiz diplomatik qurumlarda, böyük şirkətlərdə çalışırlar. Bu gəncliklə gələcəyə ümidlə baxa bilərik və baxırıq da. Digər tərəfdən yaşlı nəslin təcrübəsi gənclər üçün çox vacibdir. Gənc nəslin enerjisi yaşlı nəslin təcrübəsi ilə uzlaşanda çox əhəmiyyətli bir nəticə əldə olunur".

sia.az

Digər xəbərlər