PDF Oxu

Siyasət

  • 27

Naxçıvanlı bir neçə müəllifin bu günə qədər tədqiq olunmamış əlyazmaları aşkar edilib

Naxçıvanlı bir neçə müəllifin bu günə qədər tədqiq olunmamış əlyazmaları aşkar edilib

AMEA Naxçıvan Bölməsinin Əlyazmalar Fondunda Naxçıvan Muxtar Respublikasına dair müxtəlif tarixi qaynaqları əhatə edən yeni əlyazma və qədim kitablar toplanılıb. Bunların içərsində fondun balansına fars dillərində daxil edilən Rizaqulu xan Hidayətin 368 səhifəni əhatə edən "Riyazül Arifin" (hicri-qəməri 1305-ci il Tehran), Müştəri Müstehidzadə Qarabağinin 278 səhifəlik ornamentli "Riyazül aşiqin" (hicri-şəms 1328-ci il İstanbul), 248 səhifəlik Mir Möhsün Nəvvabın "Təzkireyi Nəvvab" (1913-cü il Bakı) adlı təzkirələrinin ilkin araşdırmaları aparılıb.

Əlyazmaların toplanması şöbəsinin rəhbəri Fəxrəddin Eylazov təzkirələrin araşdırılmasını regionun orta əsrlər dövrü üzrə tədqiqinin dərinləşməsində istifadə ediləbiləcək yeni mənbə kimi qiymətləndirir. Tədqiqatçının sözlərinə görə bu mənbələr orta əsrlər dövrü elmi mühitini yaxından izləmək üçün əsaslı zəmin yaratması ilə yanaşı, o dövrdə regionun ədəbi dili, kitabçılıq sənəti, katiblik, təzkirəçilik və digər sahələrin öyrənilməsində əsaslı qaynaq kimi də istifadə oluna bilər.

Samir

Digər xəbərlər