PDF Oxu

Siyasət

  • 27

Trampın prezident seçilməsi ABŞ-Azərbaycan münasibətlərinə necə təsir edəcək?

Trampın prezident seçilməsi ABŞ-Azərbaycan münasibətlərinə necə təsir edəcək?

"ABŞ-Azərbaycan münasibətləri yüksələn xətlə inkişaf edəcək"

ABŞ-da keçirilən prezident seçkilərində Respublikaçılar Partiyasının namizədi Donald Tramp qələbə qazandı. Milyarder iş adamı Donald Tramp ABŞ-ın 45-ci prezidenti seçildi. Tramp ölkə üzrə 279 nümayədənin səsini qazandı, Demokratlar Partiyasının namizədi, sabiq dövlət katibi Hillari Klinton isə 218 səslə kifayətlənməli oldu. Bəs D.Trampın prezident seçilməsi ABŞ-Azərbaycan münasibətlərinə necə təsir edəcək? Ümumiyyətlə, ABŞ-Azərbacan münasibətləri bundan sonra necə olacaq, Trampın prezident seçilməsi bu münasibətlərə necə təsir göstərəcək?

"ABŞ-Azərbaycan münasibətləri yüksələn templə davam edəcək"

Millət vəkili Elman Məmmədov "SƏS" qəzetinə açıqlamasında bildirib ki, yeni prezidentin seçilməsi ilə ABŞ-Azərbaycan münasibətləri yüksələn templə davam edəcək: "Səmimi deyirəm, mən çox ehtiyat edirdim ki, Hillari Klinton prezident seçilsə idi, bu, ermənilərin xeyrinə olardı. Çünki Klinton dövlət katibi olduğu vaxtda da, bütün fəaliyyəti boyunca ermənipərəst mövqeyi ilə həmişə fərlqənib. Ancaq Donald Trampın siyasi karyerası olmayıbsa da, seçki prosesində də onun erməni lobbisinin təsiri altında ermənipərəst fikirlər səsləndirməsini müşahidə etmədik".

Donald Trampın prezident seçilməsindən sonra ABŞ-Azərbaycan münasibətlərinin gələcək perspektivlərindən danışan E.Məmmədov qeyd edib ki, Trampın iş adamı olaraq fəaliyyəti boyunca Azərbaycana qarşı düşmənçiliyi olmayıb: "Biz bunu Trampın timsalında müşahidə etməmişik. Hesab edirəm ki, ABŞ-Azərbaycan münasibətlərinin pisləşməsi üçün heç bir səbəb yoxdur. Tramp seçki günü verdiyi bəyanatların üzərində dayansa, bundan sonra o, hər kəslə münasibətləri müsbət yönümdə aparacağını təsdiq etmiş olacaq. Düşünürəm ki, ABŞ-Azərbaycan arasında bu günə qədər olan münasibətlər bundan sonra daha yüksələn templə davam edəcək".

"Hətta Tramp istəsəməsə belə, ABŞ-Azərbaycan münasibətləri..."

Qəzetimizə açıqlamasında Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev qeyd edib ki, Trampın prezident seçilməsindən sonra ABŞ-Azərbaycan münasibətlərində heç bir köklü dəyişiklik olmayacaq: "Çünki ABŞ oturuşmuş dövlətdir, bu dövlətdə kimin prezident seçilməsindən asılı olmayaraq müəyyənləşdirdiyi siyasəti var. Hər iki dövlət arasında strateji mütəffiqlik mövcuddur. Eyni zamanda, ABŞ-ın Azərbyacana ehtiyacı var".

Trampın prezident seçilməsi ilə ABŞ-Azərbaycan münasibətlərində ciddi dəyişikliyin olacağı ilə bağlı səslənən iddialara cavab verən F.Quliyev qeyd edib ki, ABŞ-Azərbaycan arasında çox mühüm müttəfiqlik var: "Bu, Azərbaycanın NATO çərçivəsində həyata keçirilən proqramlarda iştirakçı olmasında, Əfqanıstanda sülhməramlı məsələsində, terrorizmlə mübarizədə özünü göstərir. Hər iki dövlət mütəffiq olduğunu zaman-zaman faktiki əməllərlə sübuta yetirib. Əslində, gözləntilər Hillari Klintona idi, hər kəs onun prezident seçiləcəyini düşünürdü. İndi də Trampın prezident seçilməsi müxtəlif fikirlərin səslənməsinə səbəb olur. Bəzi hallarda ABŞ diplomatlarından bir neçəsi Azərbaycana qarşı qərəzli mövqe sərgiləyib. Ancaq onların da cavabı verilib. Hətta Tramp istəməsə belə, ABŞ-Azərbaycan münasibətləri bundan sonra da ən yüksək səviyyədə olacaq".

"Trampın prezident seçilməsi Azərbaycanın regionda olan rolunu artıracaq"

D.Trampın prezident seçilməsi Azərbaycanın regionda olan rolunu, ölkəmizin iqtisadi layihələrdəki xüsusi əhəmiyyətini artıracağını deyən millət vəkili Tahir Mirkişili "SƏS" qəzetinə açıqlamasında vurğulayıb ki, Azərbaycan-ABŞ münasibətləri həmişə strateji xətlə inkişaf edib: "Bu vaxta qədər bir çox sahələrdə Azərbaycanla ABŞ arasında çox ciddi əməkdaşlıq mövcud olmuşdur. Bu, həm müxtəlif proqramlarda, həm regional təhlükəsizliyin təmin olunmasında, həm də iqtisadi layihələrdə özünü göstərmişdir. Ona görə də, hesab edirəm ki, ABŞ-da demokratların və yaxud respublikaçıların namizədinin prezident seçilməsi iki dövlət arasındakı uzun illərdir davam edən strateji mütəffiqliyə xələl gətirə bilməz. Donald Trampın prezident seçilməsi Azərbaycanın regionda olan rolunu, ölkəmizin iqtisadi layihələrdəki xüsusi əhəmiyyətini artıracaqdır. Bizim gözləntilərimiz də bundan ibarətdir".

"Hillari Klinton prezident seçilsə idi, bütün dünya üçün pis olacaqdı"

Azərbaycan Sosial-Demokrat Partiyasının sədri, millət vəkili Araz Əlizadə isə bildirib ki, Donald Trampın ABŞ prezidenti seçilməsi yaxşı haldır: "Hillari Klinton prezident seçilsə idi, bütün dünya üçün pis olacaqdı. Hillari Klintonun bacardığı Surix protokollarıdır və yalnız öz ərini döyməkdi. O, başqa heç nəyə qadir deyil. Tramp ağıllı adamdır. Azərbaycanla ABŞ arasındakı münasibətlər bundan sonra daha da inkişaf edəcək".

Samir

Digər xəbərlər