"Erməni hüquq müdafiəçilərinin Bakıya səfərində məqsəd ondan ibarətdir ki, onlar bir növ Ermənistana bağlı olan və ölkənin inkişafını istəyən insanlardır". Bunu SİA-ya millət vəkili Rövşən Rzayev deyib.Onun sözlərinə görə, hüquq müdafiəçiləri Ermənistanı bu cür düşdüyü iqtisadi-siyasi böhran vəziyyətindən çıxarmaq istəyən adamlardır: "Bir sözlə həmin adamlar sülh uğrunda mübarizə edən şəxslərdir. Təbii ki, onlarda artıq uzun müddətdən sonra başa düşdülər ki, Ermənistanın siyasi hakimiyyəti işğalçı hakimiyyətdir və Xocalı soyqırımın təşkilatçıları və birbaşa iştirakçılarıdır. Artıq onlarda bunu etiraf edib Azərbaycana gəlib öz mövqelərini səsləndiriblər. Tam açıq, normal şəkildə başa düşürlər ki, Azərbaycan torpaqlarını işğal altında saxlamaqla heç bir uğur əldə etmək olmaz. Məhz buna görə də həmin şəxslər öz dövlətləri uğrunda mübarizə edən şəxslərdir. Sarkisyanın bugünkü gündə Ermənistanı talamasını erməni hüquq müdafiəçiləri səfərləri zamanı açıqladılar".
sia.az