PDF Oxu

Siyasət

  • 14

Millət vəkili banka borcu olanlara şəxsiyyət vəsiqəsinin verilməməsindən danışdı

Millət vəkili banka borcu olanlara şəxsiyyət vəsiqəsinin verilməməsindən danışdı

"Azərbaycanda "ASAN Xidmət"lə bağlı həm ölkə prezidenti səviyyəsində, həm də ictimai rəydə yüksək fikirlər qeyd olunur. Hər kəs onun fəaliyyətini müsbət qiymətləndirir. Bu xidmət insanların yaddaşında vətəndaş üçün hər bir şərait yaradan demokratik təsisat kimi yadda qalır. Bu gün ən nüfuzlu qurumdur. Amma bəzi qurumların müəyyən problemlərinin həllini "ASAN Xidmətə yükləmək onun nüfuzdan salınmasına xidmət edir". SİA-nın xəbərinə görə, bunu millət vəkili Fazil Mustafa Milli Məclisdə cari məsələlərin müzakirəsi zamanı deyib. Onun sözlərinə görə, edilən müraciətlər əsasında məlum olub ki, hazırda sözügedən qurumda şəxsiyyət vəsiqəsini dəyişdirmək istəyənlər üçün ciddi problemlər yaranıb: "Ya kredit borcu, ya da vergi borcuna görə deyirlər ki, şəxsiyyət vəsiqəsinin vaxtı uzadıla bilməz. Bu dünyada görünmyən bir məsələdir və heç bir qanuna da sığmır. Bu cür şəffaf bir qurumu gözdən salmağa nə ehtiyac var? Bank sistemində kiminsə səhvini "ASAN xidmət"mi ödəməlidir? Banklarda yarnana problemlər vaxtilə hansısa subyektlərin günahı nəticəsində baş verib. İndi vətəndaş ne etsin ki, devalvasiya baş verib və pulu ödəyə bilmir. Bu problemin qarşısını aşqa cür almaq lazımdır. Banklarla bağlı qanunvericilikdə nəzərdə tutulan müxtəlif vasitələr var. Bu cür problemləri sözügedənq urumun üzərinə yıxmaqla onu biklərəkdən nüfuzdan salmağa xidmət edir. İstənilən şəxsə o cümlədən cinayətkara belə səxsiyyət vəsiqəsi verilir. Bu hüququ məhdudlaşdırmağın heç bir məntiqi izahı yoxdur".

sia.az

Digər xəbərlər