PDF Oxu

Siyasət

  • 16

Millət vəkili: “Sayğı ancaq sayğı doğura bilər” MÜNASİBƏT

Millət vəkili: “Sayğı ancaq sayğı doğura bilər” MÜNASİBƏT

"Cümə günü Minskdə məscidin açılışı zamanı Belarus müftisinin bağışladığı Quranı öpüb alnına qoyan Türkiyə prezidenti Rəcəb Tayip Ərdoğanın ardınca oxşar hərəkəti Aleksandr Lukaşenko da edib. Bununla da Belarus prezidenti göstərdi ki, onu "Avropanın sonuncu diktatoru" adlandıranlardan qat-qat yuxarıda durur". SİA-nın məlumatına görə, bu barədə millət vəkili Sahib Alıyev deyib.Onun sözlərinə görə, bu gün Yaxın Şərqdə baş verənlərin arxasında həm də qərbdəki bəlli çevrələrin islamafobiya mərəzləri dayanmırmı?: "Lukaşenkonu "Avropanın sonuncu diktatoru" adlandıran da onlar deyilmi? O isə müsəlman olmaya-olmaya müqəddəs Quranı öpüb gözləri üstə qoymaqla 1,6 milyard insanın inancına sayqısını göstərdi. Ancaq əsl lider bu cür davranar. Sayqılar cənab Lukaşenko! Sayqı ancaq sayqı doğura bilər".

sia.az

Digər xəbərlər