PDF Oxu

Siyasət

  • 29

Türkiyənin “Yeni çağ” qəzetində müstəqilliyimizin bərpasından bəhs olunan məqalə dərc edilib

Türkiyənin “Yeni çağ” qəzetində müstəqilliyimizin bərpasından bəhs olunan məqalə dərc edilib

Türkiyənin çoxtirajlı "Yeni çağ" qəzetində Azərbaycanın bu ölkədəki səfiri Faiq Bağırovun "Azərbaycan-Türkiyə münasibətlərinin 25-ci ildönümü" sərlövhəli məqaləsi dərc olunub.

Məqalədə Azərbaycanın dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkəmizdə yaşanmış ictimai-siyasi proseslər barədə geniş məlumat verilir, qardaş Türkiyə ilə əlaqələrin qurulmasından, qarşılıqlı münasibətlərin inkişaf strategiyasından və tarixi əhəmiyyətli məsələlərdən bəhs olunur.

Ümummilli lider Heydər Əliyevin möhkəm təməl üzərində qurduğu Azərbaycan-Türkiyə münasibətlərinin Prezident İlham Əliyev tərəfindən inamla irəli aparıldığını diqqətə çatdıran səfir qeyd edir ki, münasibətlərin hazırkı vəziyyəti xalqlarımızın və ölkələrimizin ümumi maraqlarını tam şəkildə təmin edir.

Məqalədə mövcud Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum kəmərlərinin xalqlarımızın rifahında oynadığı rol, həmçinin onların region ölkələrinin inkişafına təsiri, perspektivdə olan işlərin, o cümlədən TANAP və TAP layihələrinin, istismara hazırlanan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin iqtisadi inkişafımıza təsiri və digər məsələlərdən də danışılır.

yap.org.az

Digər xəbərlər