PDF Oxu

Siyasət

  • 19

DSX tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin tədbirləri uğurla davam etdirilir

DSX tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin tədbirləri uğurla davam etdirilir

Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin və dövlət sərhədindən Buraxılış Məntəqələrində sərhəd rejiminin təmin edilməsi tədbirləri uğurla davam etdirilir. Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən növbəti dəfə saxta sənədlərdən istifadə etməklə avtomobillərin müqabil dövlətin ərazisinə keçirilməsinin qarşısı alınmışdır.

8.11.2016-cı il tarixdə "Şıxlı" Sərhəd-Nəzarət Məntəqəsində Balakişiyev Anar Məmməd oğlu idarə etdiyi "Kia-Sportic" markalı, 99-FU-359 dövlət nömrə nişanlı avtomobilin qeydiyyat şəhadətnaməsi və nəqliyyat vasitəsinin müvafiq sənədlərini saxtalaşdıraraq Gürcüstan Respublikasına keçirmək istəyərkən saxlanılmışdır.

Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Samir

Digər xəbərlər