YAP Daşkəsən rayon təşkilatının tədbirlər planına uyğun olaraq ilk partiya təşkilatlarında yığıncaqların keçirilməsi uğurla davam etdirilir. Rayon təşkilatının növbəti yığıncaqları Kommunal Müəssisələri Kombinatı, rayon Qaz Xidmət Sahəsi, Texniki-Peşə Məktəbi, Telekommunikasiya Qovşağı, Daşkəsən Qəsəbə Ümumi Orta Məktəbi YAP Daşkəsən rayon təşkilatı ilk partiya təşkilatlarında ruh yüksəkliyi ilə davam etdirilmişdir. Keçirilən yığıncaqların əsas müzakirə mövzusu Yeni Azərbaycan Partiyasının yaradılmasının 24-cü ildönümünə hazırlığın, ilk partiya təşkilatlarında görülən işlərin müzakirəsi, 17 Noyabr Milli Dirçəliş Gününün qeyd edilməsi, partiya sıralarına yeni üzvlərin qəbulu olmuşdur.
Gündəlikdə duran məsələlər barədə YAP Daşkəsən rayon təşkilatı aparatının rəhbəri Sərdar Xıdırov öz çıxışlarında vurğulamışdır ki, ölkəmizin hər yerində, eləcə də və rayonumuzda YAP-ın yaradılmasının 24 illiyi və 17 Noyabr Milli Dirçəliş Gününün qeyd edilməsi ilə bağlı idarə, müəssisə və təşkilatlarda toplantılar, dəyirmi masalar və müzakirələr davam etdirilir. Bu silsilə tədbirlərin keçirilməsi Daşkəsən rayon icra hakimiyyəti ilə YAP Daşkəsən rayon təşkilatının birgə təşkilatçılığı ilə bütün idarə və müəssisələrdə yüksək səviyyədə baş tutur.
S.Xıdırov keçirilən tədbirlərdə yığıncaq iştirakçılarına məlumat verərək qeyd etdi ki, 1992-ci il noyabrın 21-də YAP təsis olunub: YAP qısa müddətdən sonra iqtidara gələrək, Azərbaycanın gələcək inkişafını təmin etdi. Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə Prezident seçilməsi ilə Azərbaycan xalqı öz xoşbəxtliyinə qovuşdu.
Kommunal Müəssisələri Kombinatı ilk partiya təşkilatının sədri Vaqif İsmayılov çıxışında bildirdi ki, YAP-ın yaradılması ilə Azərbyacan tarixində yeni bir səhifə açıldı.
Telekommunikasiya Qovşağının rəisi Aslan Rüstəmov, YAP Daşkəsən rayon təşkilatının gənclər birliyinin sədri Elşən Alıyev, Qaz Xidmət Sahəsi ilk partiya təşkilatının sədri Aynur Mahmudova, Texniki-Peşə Məktəbi ilk partiya təşkilatının sədri Zamiq Həsənov, Daşkəsən Qəsəbə Ümumi Orta Məktəbi ilk partiya təşkilatının sədri Şaiq Kazımov çıxışlarında YAP-ın keçdiyi zəngin tarixi yol haqqında, eyni zamanda, cari dövrdə görülən işlər barədə geniş məlumat veriblər.
Tədbirlərin sonunda bir qrup gənc YAP sıralarına qəbul edilmişdir.
Samir