(Erməni kotalikosu I Vazgen)
Atam bu dəfə özü ilə vaxtilə erməni kotalikosu olan I Vazgen ilə birgə gəlmişdi. Düzü, gözlərimə inanmadım. Dedim ay ata, bu türk millətinin qatı düşmənini haradan tapıb gətirmisən? Müxalif qruplar bunu görüb bizi topa-tüfəngə tutarlar. Dedi ay oğul, birinci Azərbaycanda müxalifət deyilən qruplar yoxdu. Əgər bizdə əsl müxalifət olsa idi, vətənin bu dar günündə birləşib düşməndlərə qarşı bizlə vuruşardılar. Erməni düşmənlərinin dəyirmanına su tökməzdilər. İkinci, bizdə müxalifət yox, güclü pozucu qüvvələr var. Onlar da öz şəxsi ambisiyalarına görə hər kəndlərimiz, rayonlarımız işğal olunanda toy-bayram edib, "İstanbul" restoranında araq vururdular ("İstanbul" restoranı Bakıdadı). Dedim, bu qoca kaftarın gəlişinin məqsədi nədi? Dedi oğul düz bir ildir ki, 100-dən artıq cəhənnəmdən cənnətə məktub göndərib, mənə yalvarır ki, oğlunla məni görüşdür. Həm də mənim irəvanlı olduğumu bildiyinə görə mənimlə erməni dilində danışır. Onun məqsədi odur ki, sənin köməkliyinlə efir vaxtı ayrılsın, o, Azərbaycan Televiziyası ilə çıxış edib başda günahlarını etiraf etməklə, bütün Azərbaycan xalqından bu yüz il ərzində törətdikləri qətl və qırğınlara görə üzr istəsin. İstəyi də budur ki, təzədən bu iki millət arasında barışıq olsun. Radio və televiziya radiolarında yenidən "qardaş olub "Hayıstan - Azərbaycan" mahnısı oxunsun". Dedim ay Vazgen kirvə, gəl əyri oturaq, düz danışaq. O stulunu çəpəki çevirib dedi. Görünür, mənim sifətimi görmək istəmirsən, ara? Dedim sizin xalqın günahlarını yumaq üçün ən azı Sevan gölü qədər "Ariel" yuyucu tozu almaq lazımdır. Çünki siz millətin canında, xislətində ancaq şeytanlar oynaşır. Bu şeytanları canınızdan çıxarmaq üçün gərək təzədən siz doğulan uşaqlara əsl insanlıq dərsi keçəsiniz. Türk millətini qorxulu, vəhşi obrazı kimi yox, əsl xeyirxah, sülhsevər gözəl insanlar kimi qələmə verəsiniz. Dedim yadındadırsa, sən 1955-ci ildə dünya ermənilərinin ali patirxatı seçildin və ondan sonra Bakıya gəlib, o vaxt Azərbaycan Respublikasının Nazirlər Sovetinin sədri olan Sadıq Rəhimovla görüşdün. Ondan xahiş etdin ki, Ermənistana xaricdən çoxlu ermənilər axışıb gəlirlər. Torpaq qıtlığımız var. Naxçıvan Muxtar Respublikasını və Dağlıq Qarabağ Vilayətini Ermənistana verin, bizim bu problem həll olunsun. Onun da cavabı elə kəsərli, elə söyüşlü olmuşdu ki, sən də hirslə əsanı yerə vuraraq, kabineti tərk etmişdin. Bir baş Moskvaya o vaxt SSRİ Nazirlər Sovetinin sədri olan N.A.Bulqaninin yanına getmişdim və o, səni 1 saatlığına qəbul etmişdi. Sən ona izah etmişdin ki, Qarabağın Ermənistana birləşməsi zərurətdən irəli gəlir. Lakin Bulqanin bu məsələdə siz ermənilərə kömək edə bilmədi. Özün də yaxşı bilirsən ki, bugünkü Ermənistan ərazilərinin 30 faizi Sovet İttifaqı dövründə Lenin tərəfindən Azərbaycandan alınıb sizə bağışlanmışdı. Zəngəzur mahalını sizə verməklə Kreml rəhbərliyi Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın sərhədini bağlatdırmışdı. 3 metrlik maşın yolu da qoymamışdılar ki, gələcəkdə bu məsələyə bir da qayıtsınlar. Böyük dövlət xadimi Nəriman Nərimanov sonralar baş verən hadisələrdən anladı ki, o, Lenin tərəfindən aldadılıb. Axırda da onu Moskvada zəhərləyib öldürdülər.
- Dediklərimin hamısı düzdü. Mən o qatı millətçi Zori Balayanın fitvasına uydum. Onan yazdığı "Ocaq" kitabını gənc nəslə təqdim etməklə siz türklərə, azərbaycanlılara qarşı böyük nifrət yaratdım. O, istəyirdi ki, bu kitabla xalq qəhrəmanına çevrilsin.
- Dedim onun istəyi gözündə qaldı və öz millətini quyunun tərkinə saldı. O bilmədi ki, canfəşanlıq etməklə insan qəhrəman olmur. Qəhrəmanı zaman, məkan və ictimai quruluş yaradır. Necə ki, Türkiyədə Mustafa Kamal Atatürk, Azərbaycanda Heydər Əliyev, Sovet İttifaqında İyosif Stalin, Fransada Şarl De Qol, Almaniyada Adenauer, Yuqaslaviyada İosip Broz Tuto öz ölkələrini bataqlıqdan çıxardılar. Erməni xalqı isə torpaq iddiasına görə bütün dünyada rüsvay oldu, adına işğalçı damğası vuruldu. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 4 qətnaməsinə əməl etməyən dövlət kimi tarixə düşdü. Hər kəsə bəllidir ki, 1828-ci ildə "Gülüstan" müqaviləsi ilə Azərbaycan əraziləri Rusiya və İran arasında bölüşdürüldükdən sonra İranda yaşayan ermənilər köç edib, Şimali Azərbaycana gəlmişdilər. Onlar Dağlıq Qarabağda, Naxçıvan Muxtar Respublikasında, Şamaxı və Gəncədə məskunlaşdılar. 1976-cı ildə ermənilər Mardaket şəhərindən köçmələrinin 140 illik yubileyini böyük təntənə ilə bayram etdilər və bu münasibətilə gözəl bir abidə də ucaltdılar. Ancaq bunu eşidən xaricdəki erməni diasporu hay-küy qaldırıb, sifariş göndərdi ki, tez bir zamanda o abidəni söküb-dağıdın. Biz burada xaricdə dəridən-qabıqdan çıxırıq ki, Dağlıq Qarabağ biz ermənilərin əzəli yurdudur. Siz isə köçmə vaxtını göstərib, abidə ucaldırsınız. Tez zamanda həmin abidəni söküb-dağıtdılar. Lakin bilmədilər ki, o görüntülər kino lentlərində və qəzet- jurnallarda dərc olunmuşdur. Həmin sənədlər hazırda arxvlərdə qorunub saxlanılır.
- Azərbaycanda yaşayan ermənilər çox firəvan, xoşbəxt yaşayırdılar. Hələ o vaxt sovet dövründə Ermənistanda bir azərbaycanlı nazir postuna yüksələ bilmədiyi halda, Moskva Mirzəyan adlı daşnak ermənini Azərbaycan Mərkəzi Komitəsinə birinci katib göndərmişdi. O da vəzifəsindən istifadə edib bütün ermənilərə vəzifə postları vermiş, şəhərin mərkəzi yerində Ermənikənd deyilən böyük bir massiv ərazidə yeni binalar tikdirməklə onlara gözəl mənzil şəraiti yaratmışdır. Bütün idarə və nazirliklərdə müəssisə və təşkilatlarda ermənilər rəhbər vəzifəyə irəli çəkilirdi. 1932-ci ildə Böyük Oktyabr Sosialist İnqilabının 15-ci ildönümü münasibəti ilə Moskvaya təşrif buyuran Türkiyə nümayəndə heyəti Stalin tərəfindən Bakıya göndərilərək Azərbaycanda baş verən tərəqqini öz gözləri ilə görmək istəyində olmuşdur. Həmin nümayəndə heyətinə məsul olan Beriyaya Stalin tapşırmışdı ki, sonda türk qonaqların Bakı haqqında təəssüratlarını soruşsun. O da soruşan vaxt nümayəndə heyətinin rəhbəri demişdir ki, hər şey yaxşıdı. Bu millətdə şüurdan başqa hər şey inkişaf edib. Beriya təəccüblə soruşur ki, əgər şüur olmasa bu inkişaf, tərəqqi, təhsil səhiyyə necə inkişaf edə bilər. Həmin nümayəndə heyətinin rəhbəri belə deyib. Əgər bu millətdə şüur inkişaf etsəydi, öz millətindən bir nəfər tapıb özlərinə rəhbər seçərdi. Beriya türklərin bu sözünü Stalinə çatdırır. Stalin xeyli fikirləşdikdən sonra soruşur ki, kimi rəhbər görmək istərdin, Azərbaycanda? Beriya isə tərəddüd etmədən o vaxt KKB-də işləyən Mircəfər Bağırovun adını çəkir. Elə o vaxtdan Mircəfər Bağırov 20 il Azərbaycan Mərkəzi Komitəsinə rəhbərlik edir.
Dedim Vazgen kirvə, siz ermənilər vaxtilə köç edib Uzaq Asiyadan buralara gəlmisiniz. Diliniz də Hindistan-Avropa dillərinə mənsubdu. Görünür, o vaxt yaxşı sənətkar olmağınız sizə bu geniş imkanları, yolları açmağa kömək edib. Hər kəsə aydındır ki, ilkin insanlar həmişə okean və dəniz sahillərində məskunlaşıblar. Sonradan özlərinə yer axtaranlar isə məcburiyyət qarşısında dağlıq ərazilərdə məskunlaşıblar. Elə bugünkü Ermənistanın 90 faiz ərazisi dəniz səviyyəsindən 1000 metr yüksəklikdə yerləşir. Siz torpağın dilini bilmirsiniz. Ona görə də əkin-biçin işlərində çox naşısınız. Elə bu gün Ermənistanın hansı kəndinə getsən orada 15-dən artıq bənna, suvaqçı, sürücü, elektrik, bərbər, dülgər və fotoqrafa rast gələrsiniz. Heç kim əkib-becərməklə məşğul olmur. Ona görə də, azərbaycanlılar Ermənistandan qovulduqdan sonra bazarlarımız boş, yox dərəcəisndədir. Ermənilər ancaq bazarlarda sala və çaxır satırlar. İndi ermənilər meyvə-tərəvəzə, göyərtiyə həsrət qalıblar. Bakıda isə mən bir nəfər də olsun dilənçi erməniyə rast gəlməmişəm. Ən savadsız erməni ya sirop satırdı, ya da jeklərdə arayış yazmaqla gündəlik çörək pulu qazanırdı. Rayonlardan gələn tələbələr erməni evlərində kirayə qalırdılar. Bakıda erməni qızları azərbaycanlılara ərə getməyə can atırdılar. Biz azərbaycanlılar isə başımıza gələn bu müsibətləri unudub, sadəlövhlüyümüzdən yenə onlara qucaq açırdıq, çörək kəsirdik. Amma bilmirdik ki, sizə verdiyimiz çörəyin sonda duzu olmayacaq və azərbaycanlı uşaqların meyitləri üstündən keçən qatil Zori Balayanlar, Koçaryanlar, Sarksyanlar, Ohaniyanlar vaxt gələcək tarix qarşısında cavab verəcəklər. İndi isə sən Vazgen bizdən efir vaxtı istəyirsən. Nə üzlə efirə çıxmaq istəyirsən? Vaxtlə Türkiyədə həm dövlət işlərində, həm hərbidə, həm də biznes sahələrində ermənilər çoxluq təşkil edirdilər. Bütün Türkiyənin maliyyə işlərinə onlar rəhbərlik edirdilər. Birinci Dünya müharibəsində Türkiyənin zəifliyindən istifadə edib, ona arxadan zərbə vuran siz ermənilər oldunuz. Quldur Andronik Türkiyədə böyük qətllər törətdi. Hətta Naxçıvan ərazisinə keçərək uşaqları süngüyə taxtı, evləri yandırdı. Ancaq bizlər siz ermənilərin qızlarının xatirinə bu hadisələri tez unutduq. Sizinlə mehriban davranıb köhnə hadisələri yada salmadıq. Belə ki, Ulu Öndərimiz Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrdə Dağlıq Qarabağın tərəqqisi naminə böyük vəsaitlər ayırırdı. Oranın mədəniyyət və incəsənət xadimlərinə fəxri adlar verməklə onları həvəsləndirirdi. Stapanakertə çəkilən dəmir yolu Qarabağ üçün geniş üfüqlər açırdı. Mənim yaddaşımda bir xatirə qalıb. O vaxt Şahbuz rayonunda SSRİ Ali Sovetinə deputat seçilən SSRİ xalq artisdi Rəşid Behbudov erməni qadın Verquş Aleksaniyanın bir kiçik məktubu ilə onun oğlunu həbsdən azad edib, ailəsinə qovuşdurdu. I Vazgen dəsmalını çıxarıb, üzünün tərini sildi və əyilib torpağı öpdü.
- Bu dediklərinin hamısı ilə razıyam. Günahımız çoxdu.
- Vazgen kirvə, siz ermənilər hər kəsə bəllidir ki, donuz, bir də az-maz mal-qara saxlayırsız. Qoyun gördükdə siz elə bil müxalifəti görürsünüz. İndi özünüz deyin, donuzun tükündən xalça toxumaq olar, ya yox? Deyirsiniz ki, "Sarı Gəlin" xalq mahnısı bizimdir. Elə həmin o mahnının iki sətrinə diqqət edin:
Bu dərənin uzunu, çoban qaytar quzunu.
Ay erməni, sənin quzun var ki, çobanın da olsun? Tarixdə sizin kimi ikinci həyasız bir millət yer üzünə gəlməyib. Amerikada Üzeyir Hacıbəyovun "Arşın mal alan" operettasını kinofilm kimi çəkməklə, öz adınıza çıxmışdınız. Azərbaycanın dadlı yeməyi olan "dolma"ya deyirsiniz ki, erməni xörəyidir. Ancaq əsl dadlı "dolma" ancaq qoyun ətindən hazırlanır. Siz isə onu mal ətindən hazırlayırsınız. Bir də ki, dolma Azərbaycan sözüdür. O dolama mənasını verir.
- Bəs indi mən nə edim? Gedim Ermənistanda oradakılara nə deyim?
- Dedim: Vazgen kirvə, Ermənistana yox, get Maskvaya. Oranın Mərkəzi Televiziyası ilə çıxış edib, Azərbaycan xalqından üzr istə. Qoşunlarınızı da Qarabağdan təcili çıxardın. Yoxsa döyüş başlasa, hər şey əlinizdən çıxacaq. Bugünkü Ermənistan rəhbərliyinin yerinə gələn yeni nəsil isə prezident Sarksyanı çarmıxa çəkib, dar ağacından asdırsın. Bu sözlər I Vazgenin beyninə batdı. Başı havalanmış adam kimi ayağa qalxıb, bərkdən oxumağa başladı. "Qardaş olub Hayısdan, Azərbaycan".
Üçüncü yuxu İosif Stalin olacaq
RAMİQ MUXTAR