PDF Oxu

Siyasət

  • 19

FANA-nın baş katibi: "Biz bu şərəfli missiyada uğur qazanacağıq"

FANA-nın baş katibi: "Biz bu şərəfli missiyada uğur qazanacağıq"

"Bu konfrans böyük əhəmiyyət kəsb edir. Konfrans dünya xəbər agentliklərinin inkişafında xüsusi rola malikdir. Bildiyiniz kimi bu konfrans artıq V konfransdır". SİA-nın məlumatına görə, bunu bugün jurnalistlərə açıqlamasında FANA-nın baş katibi Fərid Əyyar Bakıda keçirilən Dünya Xəbər Agentliklərinin V Konqresində iştirakı zamanı jurnalistlərə açıqlamasında deyib.Onun sözlərinə görə, Azərbaycandan öncə bu mötəbər tədbir Səudiyyə Ərəbistanında, Rusiyada, Argentinada olub: "Biz bu konfransın keçirilməsinə artıq bir neçə ildir ki, hazırlaşırdıq və gözəl nəticələr əldə edə bildik. Eyni zamanda bizim AZƏRTAC-ın baş redaktoru Aslan Aslanovla bir sıra layihələrimiz var ki, dünya xəbər agentliklərinin inkişafında öz töhvələrini verəcək. Mən həmçinin tədbirin yüksək səviyyədə keçirilməsinə və təşkilinə görə ərəb xəbər agentliklərinin adından Aslan Aslanova dərin minnətdarlığımı bildirirəm. Qeyd etdiyim kimi birdaha bildirirəm ki, növbəti 3 il ərzində AZƏRTAC xəbər agentlikləri Alyansına rəhbərlik edəcək. Bizim bir sıra layihələrimiz var və əminəm ki, dünya xəbər agentliklərinin inkişafında böyük rola oynayacaq. Biz əminik ki, bu şərəfli missiyada uğur qazanacağıq".

sia.az

Digər xəbərlər