PDF Oxu

Siyasət

  • 15

Əflatun Amaşov: "Məqsədimiz Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasıdır"

Əflatun Amaşov: "Məqsədimiz Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasıdır"

"Ümumiyyətlə Azərbaycan son illərdə jurnalistika sahəsində ayrı-ayrı beynəlxalq təşkilatların üzvləridir. Kifayət qədər aktiv üzvlüyümüz var". Bunu SİA-ya açıqlamasında Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov deyib.MŞ sədrinin sözlərinə görə, Azərbaycan Mətbuat Şurası Avropa Mətbuat şuraları Assosiyasının və Dünya Mətbuat Şurası Birliyinin üzvüdür: "Türk dünyası jurnalistlər təşkilatında fəal iştirak edir. AZƏRTAC artıq uzun müddətdir ki, bu kimi tədbirlərdə iştirak edir. Bu xəbər agentlikləri təşkilatının rəhbərliyinin bir müddət Azərbaycanda olması ölkəmiz üçün kifayət qədər əhəmiyyətli olan bir şansdır. Çünki bu tədbirlərin keçirilməsi mütəmadi olaraq xarici qonaqların əsasən də xəbər agentlikləri rəhbərlərinin məsul əməkdaşlarının Azərbaycana dəvət olunması ölkəmizdə baş verən olayların dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında bir plastarmdır. Ümumiyyətlə Azərbaycan tərəfi, AZƏRTAC bu fürsətdən istifadə edəcək. Azərbaycanda həyata keçirilən islahatlarla bağlı, Azərbaycanın ana problemi olan Dağlıq Qarabağla bağlı, onun işıqlandırılmasında problemlər və ayrı-ayrı xəbər portallarının problemin işıqlandırılmasında ikili standartları və digər məsələlər təhlil olunacaq. Bizim məqsədimiz Azərbaycan həqiqətləri dünya ictimaiyyətinə çatdırılsın".

sia.az

Digər xəbərlər