"Azərbaycan prezidenti İlham Əliyevə media sahəsində belə təşəbbüslərlə çıxış etdiyinə görə təşəkkür edirəm". SİA-nın məlumatına görə, bunu bu gün YUNESKO-nun baş direktoru İrina Bokova Dünya Xəbər Agentliklərinin V Konqresinin, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasının birgə açılış mərasimində səslənən video-müraciətində bildirib. Jurnalistikanın dünyada missiyasından danışan YUNESKO baş katibi Dünya Xəbər Agentliklərinin V Konqresinin, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) fəaliyyətini mühüm sayıb: "Biz ifadə azadlığının möhkəmləndirilməsi, keyfiyyətli jurnalistikanın hər yerdə dəstəklənməsi üçün birgə işləyəcəyimizə inanırıq".
sia.az