Bu gün Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatında partiyanın yaradılmasının 24 illiyi münasibətilə tədbir keçirilib. Tədbirdə YAP Səbail rayon təşkilatının sədriin I müavini Muxtar Nağıyev, "SƏS" qəzetinin Baş redaktoru Bəhruz Quliyev, YAP Siyasi Şurasının üzvü, partiyanın Gənclər Birliyinin sədr müavini Samirə Quliyeva, "91-lər"-in nümayəndəsi Hacan Hacıyev, tanınmış ictimai-siyasi xadimlər və media nümayəndələri iştirak ediblər. Tədbiri iştirakçıları ilk olaraq YAP-a həsr olunan himni videoçarxda izləyiblər. Daha sonra tədbiri açıq elan edən YAP Səbail rayon təşkilatının sədrinin I müavini Muxtar Nağıyev XX əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanda yaranmış acınacaqlı durum ətraflı haqqında məlumat verib. Bildirilib ki, həmin ərəfədə hakimiyyətdə olanlar ölkəni ölkəni fəlakət burulğanına salmışdılar. Anarxiya, xaos o həddə çatmışdı ki, insanları iş yerlərində, yollarda, küçələrdə döyürdülər, onlara qarşı olmazın işgəncə və təzyiq metodların işə salırdılar. Azərbaycanda yeni bir siyasi qüvvənin yaradılmasına ehtiyac var idi və bu, bir tarixi zərurət kimi meydana çıxmışdı. Xalqın iradəsinə qarşı çıxmış insanlar öz məkrli planları ilə Ulu Öndər Heydər Əliyevin əleyhinə böyük kampaniyalar aparırdılar. Lakin Azərbaycan xalqı bilirdi ki, dövləti bu çətin vəziyyətdən yalnız Heydər Əliyev çıxara bilər. Naxçıvanda 550 nəfərlik nümayəndənin iştirakı ilə təsis olunan YAP qısa bir müddət sonra iqtidara gəldi və Azərbaycanın çətin durumdan çıxarılması və gələcək inkişafının təmin olunması istiqamətində analoqu olmayan işlər görüldü. M.Nağıyev onu da qeyd edib ki, Ulu Öndər heydər Əliyev Azərbaycanı qüdrətli dövlətə çevirdi. Artıq Azərbaycanın imzası imzalar içərisində görünməyə başladı. Ulu Öndərimiz tökülən qanları kəsi və bununla da öz dahiliyin sübuta yetirdi.Çıxış edən "SƏS" qəzetinin Baş redaktoru Bəhruz Quliyev bildirib ki, XX əsrdə Azərbaycan dövləti iki dəfə müstəqillik qazanıb: "Birinci dəfə 1918-ci il mayın 28-də "İstiqlal Bəyannaməsi" tərtib edildi və bununla da Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cumhuriyyəti yaradılması rəsmən elan oldundu. Təəssüflər olsun ki, cəmi 23 ay yaşadı. Ancaq tam əminliklə demək olar ki, ikinci dəfə əldə etdiyimiz müstəqillik əbədiləşdi. 1918-ci ildə müstəqillik əldə etdiyimiz zaman bəlkə də xarizmatik lider olsa idi, Azərbaycan Xalq Cumhuriyyətinin müstəqilliyi qorunub saxlanılardı. Heç bir siyasi qüvvəsi, heç bir təşkilat Azərbaycanın birinci dəfə əldə etdiyi müstəqilliyi özününküləşdirə bilməz. Bu, Azərbaycan xalqına tarixin, zamanın və taleyin verdiyi bir töhfədir. Həmin dövrdə Birinci Dünya Müharibəsinin başa çatması ilə dünya xəritəsində ciddi dəyişikliklər oldu. Eyni zamanda Çar Rusiyası da süquta uğradı. Məhz bundan sonra Azərbacan xalqı öz torpağında müstəqil dövlətini yaratmış oldu. Lakin bir müddətdən sonra Azərbaycan müstəqilliyini itirdi və SSRİ-nin yaradılması ilə sovetlər birliyinə daxil oldu. Lakin XX əsrin ikinci yarısında Azərbaycanda yeni bir dövr başladı. İnsanlarımızda milli şüur və ləyaqət hissləri oyandı, xalqımız öz milli kimliyinə qayıtmağa, tarixi dövlətçilik ənənənələrini bərpa etməyə yönələn haqlı mövqeyini ortaya qoydu. Bu bir tarixi faktdır ki, Ulu Öndər Heydər Əliyev Azərbaycan SSRİ Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsinin sədri olandan sonra xalqımız öz yenidən öz tarixi kimliyini əldə etdi və müstəqilliyin yenidən əldə olunması istiqamətində millətimizdə milli təfəkkür hissi formalaşdı. Biz elə bu vaxtdan sovet ideoloji çərçivəsindən çıxmağa, milli şüurmuzu bərpa və inkişaf etdirməyə başladıq. Ötən əsrin 80-ci illərindən başlayan milli oyanış prosesi xalqımızın müstəqillik arzusunu gerçəkləşdirdi və 1991-ci il oktyabrın 18-də "Müstəqillik Aktı" qəbul olundu. Ancaq bu müstəqilliyi qorumaq onu əldə etməkdən qat-qat çətin idi. Həmin dövrdə Azərbaycanda bütün sahələrə sirayət edən xaos dövləti tamamilə iflic etmiş millətimizin iradəsini sındırmağa yönəlmişdi. Xalqımız üçün yeganə çıxış yolu Ulu Öndər Heydər Əliyevi ölkəyə dəvət etmək idi. Belə də oldu. 1992-ci il oktyabrın 16-da Azərbaycan xalqı adından ziyalılar "Azərbaycan sizin sözünüzü gözləyir" başlığı ilə Ulu Öndər Heydər Əliyevə müraciət etdilər. Təbii ki, Ulu Öndərimiz bu müraciətə cavab verdi və onun cavabında 5 bənddən ibarət konsepsiya irəli sürülmüşdü. Ulu Öndər Heydər Əliyev həmin konsepsiyada Azərbaycanı həmin dövrdə baş verən və gələcəkdə baş verə biləcək fəlakətlərdən xilas etməyin yollarını göstərmişdi. Hələ ötən əsrin 80-ci illərində başlayan meydan hərəkatları zamanı da insanların ürəyində Heydər Əliyev sevgisi var idi. Həmin dövrdə bir lidersizlik hökm sürürdü. Biz o vaxt Ulu Öndərə edilən çağırışların şahidi olurduq, xalqımız gözəl başa düşürdü ki, başqa nicat yolu yoxdur. 1992-1993-cü illərdə cəbhə hakimiyyəti dövründə Azərbaycanın başına gəlməyən fəlakət qalmadı, vicdanlı, vətənpərvər, bu dövlətin qurulmasında müstəsna xidmətləri olan insanlar sıxışdırıldı, onlar təqib və təzyiqlərə məruz qaldılar. Ancaq Ulu Öndərin gəlişi ilə bu cür halların qarşısı alındı, hər kəs öz layiqli qiymətini almış oldu". B.Quliyev daha sonra qeyd edib ki, 1992-ci il noyabrın 21-də təsis olunan Yeni Azərbyacan Partiyası 24 ildir ki, öz prinsiplərini qoruyur: "Yeni Azərbaycan Partiyası öz potensialı, real addımları və bacarıqlı kadrları ilə xalqa xidmət edir. Partiyanın gücü onun siyasi proseslərdəki mühüm rolu, iştirakı və qələbəsi ilə ölçülür. Partiyanın gücü onun ideologiyasındadır, xalqın rəğbətini, sevgisini qazanmağındadır, böyük sosial bazaya malik olmasında və seçkilərdə böyük qələbə əldə etməsindədir. Partiyamızın siyasi proseslərdə liderliyi bir daha göstərir ki, Yeni Azərbaycan Partiyası bundan sonra da daha da qüdrətlənəcək, daha böyük siyasi gücə, amilə çevriləcəkdir".YAP Siyasi Şurasının üzvü, partiyanın Gənclər Birliyinin sədr müavini Samirə Quliyeva, "91-lər"-in nümayəndəsi -Hacan Hacıyev , YAP Səbail rayon təşkilatı Gənclər Birliyinin sədr müavini Fərid Nəsibov, YAP Səbail rayon təşkilatı İdarə Heyətinin üzvü Rizvan Vahabov, YAP Səbail rayon təşkilatı Qadınlar Şurasının sədri Təranə Kərimova çıxışlarında Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında göstərdiyi xidmətlərdən, hakim partiyanın bu günə kimi keçdiyi 24 illik şərəfli, eyni zamanda keşməkeşli tarixi yoldan danışıblar.
sia.az