PDF Oxu

Siyasət

  • 21

Şamaxıda YAP-ın 24-cü ildönümü qeyd olunub

Şamaxıda YAP-ın 24-cü ildönümü qeyd olunub

Dünən YAP Şamaxı rayon təşkilatı ADPU-nun Şamaxı filialında Yeni Azərbaycan Partiyasının yaranmasının 24-cü ildönümü münasibətilə tədbir keçirmişdir. Tədbirdə professor-müəllim heyəti və tələbələr iştirak etmişlər. İlk öncə tədbiri institutun direktoru Tünzalə Yusifova açaraq, tədbir iştirakçılarına YAP-ın avanqard siyasi güc kimi keçdiyi tarixi yol haqıqnda məlumat vermişdir. Qeyd olunmuşdur ki, YAP yarandığı gündən bu günə qədər daim xalqın mənafeyindən çıxış etmişdir. Hələ ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbyacanda yaranmış ağır durum yeni bir siyasi təşkilatın yaradılmasını labüd edirdi. Lidersizlik, büdcənin talan edilməsi və xaos xalqımızı çıxılmaz vəziyyətə salmışdı. Məhz belə bir zamanda - 1992-ci il noyabrın 21-də YAP təsis olundu. Bu, böyük tarixi hadisə idi. 1993-cü ildə YAP-ın qurucusu Ulu Öndərin Azərbaycana qayıdışı ilə ölkəmiz çiçəklənməyə başladı. İlk təşkilatın sədri Şahsətdin Mikayılov çıxış edərək partiyanın yaranma zəruriyətindən danışmışdır. Sonda Tünzalə Yusifova bu ildə institun 147 nəfər gəncin YAP-ın sıralarına qəbul olduğunu qeyd etmişdir.

Samir

Digər xəbərlər