PDF Oxu

Siyasət

  • 27

Daha böyük qələbələrə doğru!

Daha böyük qələbələrə doğru!

Qobustan rayon təşkilatının yeni ərazi ilk partiya təşkilatının təsis edilməsi və YAP-ın yaranmasının 24 illiyi ilə əlaqədar tədbir keçirib

Yeni Azərbaycan Partiyasının Qobustan rayon təşkilatı idarə heyətinin təsdiq etdiyi tədbirlər planına əsasən, son həftə ərzində rayonun yerli təşkilatı YAP-ın yaradılmasının 24-cü ildönümünə həsr olunmuş növbəti bayram tədbirləri keçirilib.

YAP Qobustan rayon təşkilatının sədri Füzuli Güləliyev tədbiri açıq elan edərək əlamətdar bir hadisə - Yeni Azərbaycan Partiyasının yaranmasının 24 illiyinin ölkəmizdə təntənə ilə qeyd olunduğunu qeyd edib. Çıxışında YAP-ın yaranmasının ildönümü münasibətilə partiyanın Sədri İlham Əliyev başda olmaqla, partiyanın bütün üzvlərini təbrik edən təşkilat sədri təşkilatın ötən 24 il ərzində ümumxalq partiyasına çevrildiyini, Azərbaycanın inkişafı naminə çalışdığını tədbir iştirakçılarının diqqətinə çatdırıb: "Ölkənin gələcəyini düşünən ziyalıların müraciətini qəbul edən Ulu Öndər Heydər Əliyev Azərbaycanın taleyində çox mühüm rol oynayan Yeni Azərbaycan Partiyasının əsasını qoydu və çox sevindirici haldır ki, bu gün YAP Ümummilli Lider Heydər Əliyevin ideyalarını gerçəkliyə çevirən nüfuzlu bir siyasi təşkilatdır. 650 mindən çox üzvü olan partiya geridə qoyduğumuz 24 ildə şərəfli və qüdrətli bir yol keçib".

Çıxışdan sonra Yeni Azərbaycan Partiyası Qobustan rayon təşkilatının sədri Qobustan rayon Kənd Təsərrüfatı İdarəsinin yeni açılması ilə əlaqədar olaraq partiya sıralarına qəbul olmaq üçün müraciət edən işçilərin partiya sıralarına qəbul olunacaq gənclərin müraciətinə baxıldı. Qeyd edldi ki, əvvəlcə Kənd Təsərrüfatı İdarəsində ilk partiya təşkilatı təsis edilməlidir. İclasda Kənd Təsərrüfatı İdarəsi yeni ərazi ilk partiya təşkilatının təsis olunması və ərazi ilk partiya təşkilatının sədrinin serçilməsi məsələləri müzakirə olundu. Açıq səs vermə yolu ilə kənd təsərrüfatı idarəsinin müdiri Hüseynov Həsənağa Allahverdi oğlu ilk partiya təşkilatının sədri seçildi. H.Hüseynov ona göstərilən etimada görə minnətdarlığını bildirdi. H.Hüseynov yeni təsis olunmuş ərazi ilk partiya təşkilatının sədrinə və eləcə də YAP sıralarına yeni qəbul olunmuş üzvlərə uğurlar arzuladı.

Rövşən RƏSULOV

Digər xəbərlər