Bu gün ABŞ Beynəlxalq İnkişaf Agentliyi(USAİD) vasitəsilə ABŞ hökumətinin maliyyə dəstəyi ilə 2016 Qlobal Sahibkarlıq həftəsi çərçivəsində "Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafı" adlı konfrans keçirilib. SİA-nın məlumatına görə, USAİD-in tərəfdaşı olan Sahibkarlığın və Bazar İqtisadiyyatın İnkişafına Yardım Fondunun təşkil etdiyi tədbirdə millət vəkilləri, dövlət qurumlarının, səfirliklərin nümayəndələri iştirak edib. Yardım Fondunun rəhbəri Sabit Bağırov deyib ki, Qlobal Sahibkarlıq həftəsi 14-20 noyabr tarixlərində dünyanın 106 ölkəsində keçirilir. O bildirib ki, Azərbaycanda da bu həftə çərçivəsində bir sıra tədbirlər təşkil olunur. Millət vəkili Vahid Əhmədov deyib ku, neftin ucuzlaşmasl neft ölkələrinə, həmçinin Azərbaycana mənfi təsir göstərir.Onun sözlərinə görə, neftin qiyməti birjalarda deyil, kabinetlərdə müəyyən dövlətlərin maraqları əsasında təyin edilir. V.Əhmədov manatın devalvasiyasına da toxunub və Mərkəzi Bankın siyasətinin düzgün olduğunu deyib. O, kiçik və orta sahibkarlığın inkişafı istiqamətində görülən işlərdən danışıb. Bildirib ki, 2017-2018-ci illərdə qeyri-neft sektoru dövlət büdcəsinin 60-70 faizini təşkil edəcəyinə inanırıq. ABŞ-ın səfiri Robert Sekuta qeyd edub ki, bir çoxlarının əsas arzusu şəxsi biznes qurmaqdır. Gənc qadın və kişilər öz şəxsi bizneslərini açmaqla iqtisadiyyatın qurulmasında və inkişafında güclü rol oynayırlar. Bunu üçün böyük ideya, vahid komanda və həmin ideyanı reallığa çevirmək, öz məhsulunu buraxmaq və dünyanı dəyişmək üçün möhkəm çalışmaq tələb olunur. Səfir, həmçinin sahibkarlığın inkişafının surətləndirilməsi məqsədilə Azərbaycan hökumətinin atdığı addımları alqışlayıb, islahatların davamlı və səmərəli olması üçün ABŞ hökumətinin Azərbaycanla tərəfdaşlıq etməyə hazır olduğunu bəyan edib: "Biz Azərbaycanın yanındayıq və Azərbaycan sahibkarlarının arzularını reallaşdırnağa çalışacağıq".
sia.az