"Ermənistan prezidenti Serj Sarqsyan Ermənistan və Azərbaycan prezidentləri arasında "qaynar xəttin" olmasını və atəşkəs pozularkən bir-birini xəbərdar edərək insindentin qarşısını birgə almağı təklif edib. Axı bu insan nə cürətlə bunu deyir? Onun qədər ikiüzlü, yalançı və riyakar adam yoxdur". Bunu SİA-ya politoloq Cümşüd Nuriyev deyib.Onun sözlərinə görə, Sarkisyan bir tərəfdən deyir ki, başqa ölkələrin ərazi bütövlüyü, o cümlədən Azərbaycanın ərazi bütövlüyünü tanıyır amma digər tərəfdən söyləyir ki, Dağlıq Qarabağ məsələsinə bunun aidiyyatı yoxdur: "Əslində bu adama inanmağa ehtiyac yoxdur. Hazırda Ermənistanda kifayət qədər qarışıq vəziyyət var. Məlum aprel döyüşlərindən sonra Ermənistan prezidentinin demək olar ki, imici sıfıra bərabərdir. O bu yolla özünü dünyaya sülhpərvər kimi təqdim etməyə çalışır. Axı niyə prezidentlər arasında "qaynar xətt" olmalıdır? Sən işğalçı bir dövlət gəlib başqa bir dövlətin ərazisində oturmusan. Hansı "qaynar xətt"dən danışmaq olar. ABŞ gedib Əfqanıstanı, İraqı işğal edib.Məgər ABŞ prezidenti Əfqanıstan və İraq prezidentinə zəng edib deyir ki, nə vaxt atəşkəs pozulub, nə vaxt terror olub? Mən Sarkisyanın səmimiyyətinə inanmıram. Bu bir siyasi gedişdir. Mənə elə gəlir ki, o nə qədər məkrli olsa da Azərbaycan ağıllı addım atmalıdır. Yəni Azərbaycan tərəfi atəşkəsin pozulması ilə bağlı qarşılıqlı məlumatları verməyi razılaşmalıdır amma bu prezident səviyyəsində olmalı deyil".
sia.az