Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatında partiyanın yaradılmasının 24-cü ildönümü münasibətilə tədbir keçirilib. Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, YAP Qaradağ rayon təşkilatının sədri, millət vəkili Aydın Hüseynov, YAP Siyasi Şurasının üzvü, millət vəkili Musa Quliyev, tanınmış ictimai-siyasi xadimlər, ziyalılar və media nümayəndələri iştirak ediblər.Tədbiri giriş sözü ilə açan Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov müasir Azərbyacanın qurucusu Ulu Öndər Heydər Əliyevin Azərbaycan tarixindəki misilsiz xidmətlərdən danışıb. Qeyd olunub ki, Yeni Azərbaycan Partiyası yarandığı ilk gündən xalqın ümid yerinə çevrilmişdir. Ulu Öndər Heydər Əliyev ən çətin tarixi şəraitdə, dövlətimizin dağıldığı, torpaqlarımızın işğal və talan olunduğu bir vaxtda dahi lider kimi Azərbyacanı bütün bəlalardan xilas etmişdir.Çıxış edən YAP Siyasi Şurasının üzvü, millət vəkili Musa Quliyev YAP-ın hansı tarixi şəraitdə yaradılması haqqında ətraflı məlumat vermişdir. Bildirilmişdir ki, ötən əsrin 90-cı illərinin əvvəllərində millətimiz ağır sınaqlar qarşısında qalmışdı. Ölkəmizdə xaos, anarxiya hökm sürürdü. Həmin dövrdə fəaliyyət göstərən siyasi partiyalar da öz maraqlarına və anti-Azərbaycan qüvvələrin mənafeyinə işləyirdilər. Məhz belə bir zamanda yeni, güclü, ölkəni bəlalardan ilas etmək gücündə olan siyasi partiyanın yaradılmasına ehtiyac var idi. Bu, Yeni Azərbaycan Partiyası oldu. Azərbaycan ziyalıları "SƏS" qəzeti vasitəsilə Ulu Öndərə müraciət ünvanladılar. Heydər Əliyevin Azərbaycana gəlişi ilə ölkəmiz çiçəklənməyə başladı, Azərbaycan qüdrətli dövlətə çevrildi. Bu gün də dövlət başçımız cənab İlham Əliyev tərəfindən bu siyasət uğurla davam etdirilir.Çıxış edən YAP Qaradağ rayon təşkilatının sədri, millət vəkili Aydın Hüseynov YAP-ın hansı zərurətdən yaranması haqqında tədbir iştirakçılarına ətraflı məlumat vermişdir. O qeyd edib ki, ötən əsrin 90-cı illərinin əvvəllərində iqtidarda olmuş AXCP və Müsavat partiyalarının və onların rəhbərlərinin apardığı səriştəsiz siyasət nəticəsində Azərbaycanı dərin iqtisadi-siyasi böhran bürümüşdü. AXCP-Müsavat hökuməti xalqı çörəklə də təmin edə bilmirdilər. Ölkənin bütün iqtisadi sütunları dağılmışdı, siyasi böhran dərinləşmişdi, qardaş-qardaşa güllə atırdı. Məhz belə bir tarixi şəraitdə YAP təsis olundu və Ulu Öndərimiz partiyanın sədri seçildi. Bundan sonra dövlətimiz böyük iqtisadi güc qazandı və ölkəmzidə tam siyasi sabitlik yarandı. Daha sonra çıxış edənlər Ulu Öndər Heydər Əliyevin tarixi xidmətləri haqqında danışıblar. Tədbirin sonunda YAP Qaradağ rayon təşkilatının fəal üzvləri fəxri fərman və diplomlarla təltif olunublar.
sia.az