PDF Oxu

Siyasət

  • 20

Pirallahıda YAP-ın 24-cü ildönümü qeyd olunub

Pirallahıda YAP-ın 24-cü ildönümü qeyd olunub

Noyabrın 19-da Yeni Azərbaycan Partiyasının yaranmasının 24-cü ildönümü münasibətilə YAP Pirallahı Rayon Təşkilatı tərəfindən möhtəşəm bayram tədbiri təşkil edilib. SİA-nın məlumatına görə, yığıncaq dövlət himninin səsləndirilməsi ilə başlanıb.Tədbiri giriş sözü ilə açan YAP Pirallahı Rayon Təşkilatının sədri Manaf Manafov "Yeni Azərbaycan Partiyası – möhtəşəm 24 il" mövzusunda məruzə ilə çıxış edib. Çıxışına Ulu öndər Heydər Əliyevin "Yeni Azərbaycan Partiyasının yaranması, bu münasibətlə keçirilmiş ilk konfrans Azərbaycan xalqının və müstəqil Azərbaycanın tarixinə qızıl hərflərlə yazılacaqdır" sözləri ilə başlayan M.Manafov vurğuladı ki, YAP yarandığı gündən müstəqillik, azərbaycançılıq, dövlətçilik, sosial ədalət, dünyəvilik, milli tərəqqi, soykökə qayıdış və bu kimi dəyərlərin təbliğinə xüsusi yer verir.

Artıq bir ildən çoxdur ki, ölkəmizin, o cümlədən rayonumuzun tərəqqisi yolunda Yeni Azərbaycan Partiyası Pirallahı Rayon Təşkilatı da öz töhfəsini verməkdədir, - deyən Manaf Manafov qeyd edib ki, bu müddət ərzində rayonun bütün idarə və müəssisələrində partiyanın ilk təşkilatları yaradılıb, rayon miqyasında bir çox yaddaqalan tədbirlər həyata keçirilib.Tədbir iştirakçılarına Pirallahı rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanovun Yeni Azərbaycan Partiyasının yaranmasının 24-cü ildönümü münasibətilə təbriklərini çatdıran Pirallahı rayon İcra Hakimiyyəti başçısının müavini Vəzir Səfixanov bildirdi ki, bu gün Azərbaycanın ən böyük siyasi partiyası olan Yeni Azərbaycan Partiyasının yaradılmasının 24-cü ildönümü bütün respublikamızda böyük ruh yüksəkliyi ilə qeyd olunur. Üzvlərinin sayı yarım milyondan artıq olan Partiyanın əsası 1992-ci ildə Ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulub. Yeni Azərbaycan Partiyasının Azərbaycan tarixinin son dərəcə mürəkkəb dövründə, dövlətimizin görünməmiş sınaqlara məruz qaldığı bir zamanda ölkəmizin qabaqcıl ziyalılarının təşəbbüsü ilə yarandığını qeyd edən V.Səfixanov Yeni Azərbaycan Partiyasının yarandığı tarixi şəraitə qısa bir ekskurs edib.Ötən illər ərzində Yeni Azərbaycan Partiyasının xalqımızla birlikdə şərəfli bir yol keçdiyini söyləyən, 2003-cü ildən bəri partiyanın sədrinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev olduğunu, son 10 ildə Azərbaycanımızın yeni-yeni zirvələr fəth etdiyinin vurğulayan Vəzir Səfixanov hər bir partiya üzvünü əlamətdar gün - Yeni Azərbaycan Partiyasının yaranmasının 24-ci ildönümü münasibətilə təbrik edib, fəaliyyətlərində uğurlar arzulayıb.Bayram tədbirində çıxış edən Yeni Azərbaycan Partiyasının Siyasi Təhlil və Proqnozlaşdırma şöbəsinin müdiri, millət vəkili Aydın Mirzəzadə Yeni Azərbaycan Partiyasının yaradılmasında, ölkəmizdə müasir demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunda Ulu öndər Heydər Əliyevin müstəsna xidmətləri olduğunu qeyd edib. Yeni Azərbaycan Partiyasının Proqramında irəli sürülmüş əsas vəzifələrin dövlət müstəqilliyinin möhkəmləndirilməsi, demokratik, hüquqi, dünyəvi dövlətin qurulması, vətəndaşların dinc və firəvan həyatının təmin edilməsi olduğunu bildirən natiqlər partiya məfkurəsinin əsasını təşkil edən müstəqil dövlətçilik, qanunçuluq, azərbaycançılıq, yaradıcı təkamül, vətəndaş həmrəyliyi və sosial ədalət prinsiplərinin YAP-ın qarşısında duran vəzifələrin həyata keçirilməsinin ideya təminatı olaraq mahiyyətcə Azərbaycanın siyasi gələcəyinin də ideya bazasını təşkil etdiyini vurğulayıb. Daha sonra tədbir tanınmış ifaçılar Gülay Zeynallı, Aysel Əlizadə, Bilal Əliyev və digər mədəniyyət ustalarının iştirakı ilə bayram konserti ilə davam etdirilib.

sia.az

Digər xəbərlər