PDF Oxu

Siyasət

  • 10

Güclü və nüfuzlu siyasi qüvvə

Güclü və nüfuzlu siyasi qüvvə

YAP Biləsuvar rayon təşkilatında Yeni Azərbaycan Partiyasının yaranmasının 24 illiyi qeyd olunub

YAP Biləsuvar rayon təşkilatında YAP-ın yaradılmasının 24-cü ildönümü ilə bağlı tədbir keçirilib. Tədbir iştirakçıları ilk öncə rayonun mərkəzində ucaldılan Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüblər. Rayon təşkilatının qərargahında davam edən tədbiri YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Mirzəyev açaraq, partiyanın keçdiyi tarixi yoldan danışıb: "1992-ci ildə ağır duruma düşən Azərbaycan xalqının vəziyyətini, o dövrün hadisələrini yaxşı xatırlayırıq. Xaos, anarxiya vəziyyətində olan bir ölkəyə güclü və uzaqgörən bir şəxsin rəhbərliyə gətirilməsi əsas şərt idi. Məhz belə bir vaxtda 91 nəfər Azərbaycan ziyalısının imzası ilə Naxçıvana, Ulu Öndər Heydər Əliyevə müraciət göndərildi. Ümummilli Lider Heydər Əliyev bu müraciətə cavabı ilə müstəqil dövlətimizin gələcək taleyini müəyyənləşdirdi. 1992-ci il noyabrın 21-də Azərbaycanın əksər bölgələrindən cəmiyyətin bütün təbəqələrini təmsil edən 550 nümayəndənin iştirakı ilə təsis konfransını keçirən Yeni Azərbaycan Partiyasının sıralarında bu gün 700 mindən çox üzvün birləşməsi Ulu Öndər Heydər Əliyev ideyalarına sədaqətin, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin gələcəyinə inamın göstəricisidir".

K.Mirzəyev ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının xalqın partiyası kimi şərəf səhifəsinə öz imzasını qoyduğunu bildirib.

Tədbirin sonunda bir qrup fəal partiya üzvü rayon təşkilatının Fəxri fərmanı ilə təltif edilib.

R.KAMALQIZI

Digər xəbərlər