"24 il bundan əvvəl Yeni Azərbaycan Partiyası (YAP) iki səbəbdən yarandı. O zamanlar Azərbaycanda hərc-mərclik, özbaşınalıq hökm sürürdü. İdarəçilikdə çox ciddi nöqsanlar var idi. Eləcə də o dövrdə mövcud olan partiyaların hər biri də şəxsi maraqlar, qohum-əqrəba bazasında yaranan partiyalar idi". Bunu SİA-ya millət vəkili Hadı Rəcəbli deyib.Millət vəkilinin sözlərinə görə, o dövrdə YAP bilavasitə xalqın istəyi və eyni zamanda Ulu Öndər Heydər Əliyev dühasından yarandı: "Partiya xalqımızın ümid yeri kimi yarandı. Bildiyiniz kimi demokratik cəmiyyətdə hakimiyyət uğrunda ancaq partiyalar mübariz apara bilir. Ona görə də bu Partiyanın yaranması vacib idi ki, hakimiyyət uğrunda da mübarizə aparsın. YAP çox qısa müddətdən sonra hakimiyyətə gəldi. Bu onu göstərdi ki, Partiyamız ilk anlardan, dəqiqələrdən güclü partiyaya çevrildi, sevildi və xalqın rəğbətini qazandı. Sonrakı dövrlərdə isə partiya strukturlaşdı və möhkəm siyasi quruma çevrildi. Beləcə, bütün seçkilərdə YAP qələbə qazandı. Partiyanın başlıca məqsədi Azərbaycan vətəndaşı, ölkə xalqıdır. Düşünürəm ki, Partiyanın bundan sonrakı uğuru qat-qat çox olacaq".
sia.az