PDF Oxu

Siyasət

  • 26

“Uğurlu Yol -24“

“Uğurlu Yol -24“

Yeni Azərbaycan Partiyası Gənclər Birliyi və Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının birgə təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının yaranmasının 24-cü ildönümünə həsr edilmiş "Uğurlu Yol -24" adlı bilik yarışının final mərhələsi keçirilib. SİA-nın məlumatına görə, Suraxanı rayonu "Atəşgah" restoranında keçirilən final qarşılaşmasında Yeni Azərbaycan Partiyasının Sumqayıt şəhər və Xətai, Nərimanov rayon təşkilatlarını təmsil edən komandalar birincilik uğrunda mübarizə aparıblar.

Tədbiri açıq elan etmək üçün söz Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidova verilib. Vüqar Seyidov yarış iştirakçılarını və qonaqları salamlayıb və bayram münasibəti ilə hər birini təbrik edib.

Daha sonra gənclərə ürək sözlərini bildirmək üçün söz Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucova verilib. Gənclər Birliyinin sədri Azərbaycanda aparılan gənclər siyasətinin uğurlarından bəhs edərək cənab Prezidentin gənclərə göstərdiyi qayğı və diqqətdən danışıb. Yeni Azərbaycan Partiyasının gənclərinin cənab Prezidentin ətrafında sıx birləşdiyini və onun bütün qərar və təşəbbüslərini dəstəklədiklərini bildirib.

S.Orucov daha sonra hər bir komandaya uğurlar diləyərək çıxışını bitirib.

Qızğın rəqabət və həyəcanla keçən yarışda verilən 10 sualdan sonra qaliblər münsiflərin hesablamalarından sonra müəyyən edilib.

1-ci yerə Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatını təmsil edən komanda,

2-ci yerə Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatını təmsil edən komanda,

3-cü yerə Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatını təmsil edən komanda laiq görülüb.

Komandalar kubok və hədiyyələrlə təltif ediliblər.

Tədbirin gedişi zamanı Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının bir neçə gənci də Fəxri Fərmanla təltif edilib. Yarışda iştirak etmiş digər komandaların hər bir üzvünə də sertifikatlar təqdim edilib.

Tədbir bədii hissə ilə davam etdirilib.

sia.az

Digər xəbərlər