PDF Oxu

Siyasət

  • 32

“Minsk qrupunun nüfuzdan salınması prosesi gedir” Politoloq

“Minsk qrupunun nüfuzdan salınması prosesi gedir” Politoloq

"ATƏT-in Minsk qrupu həmsədrlərinin tez-tez dəyişdirilməsi mənfi qiymətləndirilməlidir. Bu, belə bir qənaət yaradır ki, sanki həmsədr dövlətlər Minsk qrupu vasitəsilə Dağlıq Qarabağ probleminin həllinə ümidlərini itiriblər və yaxud onlardan hər hansı biri problemin bu qurum çərçivəsində həllini istəmir". Bunu SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli ABŞ-lı diplomat Ceyms Uorlikin həmsədrlikdən getməsinə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, Fransanın ardınca Amerikanın da həmsədrinin dəyişməsi sadəcə olaraq Minsk qrupunun hörmətdən salınması, ona etimadın azalması xarakterini daşıyır: "Görünən budur ki, yaxın perspektivdə Minsk qrupunun problemin həlli ilə bağlı nüfuzu daha da aşağı düşəcək və belə bir fikir formalaşacaq ki, münaqişənin həlli üçün bu təsisat kifayət qədər potensiala malik deyil, problem bundan kənarda hansısa bir formatda həll edilməlidir".

Onun sözlərinə görə, əgər həmsədr dövlətlər münaqişənin doğurdan da həllini istəsəydilər, Minsk qrupunun səlahiyyətlərinin artırılması üçün səylər göstərərdilər: "Bu təsisat tərəfləri barışdırmaq üçün daha təsirli bir orqana çevrilə bilərdi. Amma əksinə, bu üç dövlət, xüsusən də Rusiya tərəfindən Minsk qrupunun nüfuzdan salınması prosesinin getdiyini görürük. Dəfələrlə Qarabağ münaqişəsini Rusiyanın özünün həll edə biləcəyi barədə açıqlamalar səsləndirilib: "Yaxud rusiyalı politoloqların problemin həllinin əsas açarının Moskvada olduğunu söyləmələri Minsk qrupuna olan inanmı zəiflədir".

sia.az

Digər xəbərlər