PDF Oxu

Siyasət

  • 23

AMEA "Müstəqillik yollarında 25" adlı məqalələr toplusu nəşr etdirib

AMEA "Müstəqillik yollarında 25" adlı məqalələr toplusu nəşr etdirib

Ramiz Mehdiyevin ümumi redaktorluğu və məqaləsi ilə başlanan kitabda dövlət müstəqilliyinin bərpa olunmasından ötən dövr ərzində respublikanın keçdiyi şərəfli yoldan bəhs edilir

Azərbaycan Respublikası müstəqilliyinin 25-ci ildönümü münasibətilə Azərbaycan Milli Elmlər Akademiyası "Müstəqillik yollarında 25" adlı məqalələr toplusu nəşr etdirib. "SƏS"ə daxil olan məlumata görə, Azərbaycan Respublikasının Prezident Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin ümumi redaktorluğu və məqaləsi ilə başlanan kitabda dövlət müstəqilliyinin bərpa olunmasının 25 ili ərzində respublikanın keçdiyi şərəfli yoldan və əldə edilmiş nailiyyətlərdən bəhs olunur.

Üç fəsildən, 600-dən artıq səhifədən ibarət olan kitabın 100 səhifəsi AMEA akademik Həsən Əliyev adına Coğrafiya İnstitutu əməkdaşlarının əməyinin məhsuludur. Üçüncü fəsildə verilmiş "Əhali coğrafiyasının reallıqları: inkişaf dinamikası, məskunlaşma, resurslar və perspektivlər" bölməsinin müəllifləri akademik Ramiz Məmmədov, c.e.d. Zakir Eminov və c.ü.f.d. Nizami Əyyubovdur. Əhalinin təbii artımı, miqrasiyası, sayının dinamikası, əmək ehtiyatları və onlardan istifadə, şəhər və kənd məskunlaşması, əhali məskunlaşmasının iqtisadi-coğrafi istiqamətləri, idarə olunmasının strateji və geosiyasi zəruriliyi, əhali yerləşməsinin qanunauyğunluqlarından bəhs edən mətnlər xəritə, cədvəl və qrafiklərlə müşayiət olunur.

Məqalələrdə müstəqillik illərində Azərbaycanın əhali coğrafiyasının reallıqları - müasir geodemoqrafik şəraitin formalaşması, əhalinin təbii artım prosesləri və s. həm qrafik, həm kartoqrafik təhlillərlə verilərək mövcud problemlər göstərilir.

Rövşən NURƏDDİNOĞLU

Digər xəbərlər